Yeni Miss Dior. Bəs siz, sevgi üçün nələrə qadirsiniz?

Heçvaxt heçvaxt demə! Bunu özümə tez-tez təkrarlamalıyam,çünki heçvaxt almaram dediyim bir parfuma aşiq oldum….
Keçən həftəsonu dolu-dolu keçdi və Bazar axşamı möhtəşəm bir təşkilatla sona çatdı. Sabina Parfumeriya və Kosmetika mağazalar şəbəkəsinin Dior komandasının təşkil etdiyi təqdimat bu dəfə “Miss Dior Eau De Parfum”a həsr olunmuşdu.

Bu event üçün hazırlaşarkən ,etiraf edirəm,ağlımda Kristian Dior vardı.Moda tarixindən bildiyimiz Nyu luk- Yeni baxış. Qadının ən zərif,ən qadınsı forması. Dior məni necə görmək istərdi ? Ətəyimin uzunluğu,belin incəliyinin önə çıxması,eyni zamanda həm sadə həm şık olmağımı ? Dior kutyure idi,mən isə 21.əsr xanımı. Bütün bu kriteriyalara bir də əlçatan qiyməti əlavə etdim 🙂

Imran Sadiqov Photography

Gözəllik bloggeri Nilufər Butdayeva ( instagram : nilufersbeauty )

Imran Sadiqov Photography

Və ətri soruşanlar üçün 🌸 bu mənim ilk Miss Dior ətrimdir çünki daha əvvəl heç birini özümə uyğun hiss etmirdim,çox şirin gəlirdilər .. Bu ətir məni valeh etdi, turş-şirin qoxu eyni zamanda maraqlı gəldi,xüsusən sitrus notları mənim sevimlimdir . Sitrus-limon, mandarin,çəhrayı bibər,paçuli,Dəməşk qızılgülü,jasmin ləçəkləri,rouzvud ağacı. Bir nüans var ki, ətri az miqdarda istifadə etmək yaxşı olar ,yoxsa həddindən çox tündləşə bilər. ətir çox qalıcıdır!
Bütün reklam kampaniyası,xeyriyyə məqsədli addımları,çılğın videoçarxı,Natali Portmanı və sloqanı ilə məncə Miss Dior 2017-ci ilin ətri sayıla bilər. ❤️🌸
Tədbirin ən maraqlı anlarını isə kreativ vloggerimiz Regi Deppin “Bəs sən sevgi üçün nələrə qadirsən?” mövzusunda çəkdiyi video ilə sizlərə çatıdırmaq istədim. Kiçik amma bol sevgili videoçarxda mənə yer ayırdığı üçün ,ayrıca təşəkkürlər !
Hə,unutmadan , Look detalları :
Don : Stradivarius 2017
Çanta : Mango 2017
Ayaqqabı : İnci Deri 2016

 

One Comment on “Yeni Miss Dior. Bəs siz, sevgi üçün nələrə qadirsiniz?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *