YAŞIL VƏ ETİK MODA

Sustainability nədir? Hərfi tərcümə etsək davamlılıq sözü çıxar amma mövzumuz tamam başqadır. Sizə Sustainable /Eco/ Etik moda haqqında danışacağıma söz vermişdim. 
Nədir bu etik moda? Təbiətə və insana zərər vurmadan ərsəyə gələn geyimlərdir. Onlar təbii pambıqdan,təbii kətandan hazırlanır. Dözümlüdür,uzun müddət xidmət edir. Düzgün üsulla boyanır. Fakt : Kətan istehsalı sintetik istehsalına lazım olan enerjinin cəmi 8% -inə ehtiyac duyur.

⚫️Fakt : Greenpeace araşdırmasına görə İndoneziyanın ətrafında onlarla tekstil zavodu olan Citarium çayı zəhərli axır. Banqladeşdə Buriganga çayı mavi,qırmızı və ya boz axa bilir.. Həmin gün zavodda istifadə olunan boyadan asılı olaraq 😞 .
Geyimlərimizi kim hazırlayır? Etiketlərdə yazılmış Banqladeş,Hindistan,Pakistan kimi ölkələrin adlarının ardında yüzlərlə ölüm,zəhərlənmə və məhv olmuş təbiət durur. Ucuz işçi qüvvəsi ,havasız köhnə və çox çirkli fabriklərdə gedən proseslərdə əsasən qadın və azyaşlı uşaqlar çalışır.. 

Clothes hang on a shelf in a designer clothes store in Melbourne Australia

 

Etik modanın əsasında nə durur? Etik , ekologiyanı düşünən brendlər istehsal zamanı : ☘️Fast Fashion ilə mübarizə aparır. ☘️Düzgün,təhlükəsiz və sağlam iş şəraiti yaradır.☘️Kimyəvi və zəhərli maddələrin istifadəsini azaldır,təbii rənglənməyə üstünlük verir☘️Su israfını minimuma endirir☘️Bərpaolunan enerjidən istifadə edir ☘️ İşçilərə mütəmadi təlimlər keçir.. .
@stellamccartney bu barədə həmişə həssas olub və #sustainablefashion un çempionu sayılır. Əzizim @asos öz məhsulları təkrar emal olunmuş materialdır. Məsələn təkrar emal olunan cins şalvarları məşhurdur ( mən də almışam illərdir geyinirəm) . Sevimli @hm nəyinki bu barədə diqqətlidir hətta Banqladeşdə nümunəvi zavoda sahibdir. Əsasən qadınlar olan 4 milyon insana iş yeri ,qazanc mənbəyi olmuş H&M ,mütəmadi treninqlər edir və 1999-cu ildən bu cür etik istehsalı yayır.Əsl nümunədir#consciouscollection. ❤️ İngiltərənin @primark brendi həmçinin təbiətə minumum zərər vuraraq trendi izləyən və inanılmaz ucuz qiymətləri ilə çox sevilir.. @monsoon @newbalance @peopletreeuk@marksandspencer və yüzlərlə belə brend hələ də təbiəti və insanları düşünür ❤️ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *