Stradivarius P/Q 2016-17

Hər zaman yediyim,geyindiyim nə varsa tarixini və yarandığı yeri öyrənmək istəyirəm.1994-cü ilə Barselonada yaranmış Stradivarius da bunlardan biridir. Qısa müddətdə inkişaf edib ,uğurla böyüyən ekonom klass eyni zamanda da heç bir trendi gözardı etməyən Stradivarius. Müqayisə etməyi sevməsəm də, çoxuna bəllidir ki, bu brend “ucuz Zara” adlanır Avropada.Amma Zaradan heç də geri qalmır, dünyada 900-dən çox mağazası var.

Azərbaycan reteylçilərinin qiymət strategiyası,yüksək ƏDV nəzərə alsaq, Stradivarius elə də ucuz sayılmır 🙂

Bu gün 28 Mall Ticarət mərkəzində yerləşən Stradivarius mağazasında biraz gəzdim və həqiqətən bir daha vuruldum. İşim və həyat tərzim səbəbi ilə buradakı geyimlərin hamısını geyinə bilmirəm amma belə bir şansım olsaydı yəqin ki,bütün lookumu buradan alardım.

Bu il Stradivarius Sequins,Ballerina,Rock and Shine,Shiny Camo,Monochrome olmaqla 5 ayrı trend xətti üzərində işləyib.

Sequins, 2 tərəfli biserlərə,keçən il Manqoda rast gəlirdik amma Stradivarius bu il haqqını verdi trendin. Aşağıdan yuxarı və əks istiqamətdə dəyişən rəng və naxışları ilə donlar,T-shirtlər,ətəklər göz oxşayır.

20160820_154951-01.jpeg

İkini xətt Ballerina. Həqiqətən təccübləndirici haldır mənim üçün,çünki balerina trendi cəmi 2 həftədir ki, Vogue-da elan olunmuşdu. Nude deyilən, açıq dəri rəngli,tül,sönük və solğun rəngli ətəklər,bozumtul qara, qadınsı amma sadə toplar . Və əlbəttə balet ayaqqabıları. Yox, həmişə geyindiyimizdən yox, professional balet ayaqqabısının eynisi. Açıq çəhrayı rəngli, ipək iplərlə və öndən kobud kəsimli 🙂

Untistled.png

Rock and Shine xətti mənə çox yaxındır.Qara rəngi də ,dərini də sevirəm və  bunlara ən çox yaraşan parlaqlığı sevirəm. Həm parlaq biserli həm boyun kəsimi həm də qara rəngi bir arada tapdığım bu topdan yan keçə bilmədim. Bu tip top və T-shirtlər seçimi çoxdur.

 

Shiny Camoya gəldikəd isə bu məni üçün də yenilik oldu. Hərbi kamuflyaj stili ilə gümüşü parlaq rəngləri qarışdırıb super look yaratmaq olurmuş.

ddUntssitled

Aksessuarlarda isə bol bol pin,nişanlar istifadə edilib. 2 ölçüdə çanta və 1 pulqabı tamamilə nişanlardan ibarətdir. Həmçinin applikasiya və yazılı klaçlar bir birindən gözəldir.

20160820_160016-0120160820_155035-0120160820_154808-01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *