Həftəsonu/Weekend look

Bu şənbə sevdiyim rəfiqələrim və Münxendən gələn qonağımızla Bakının mərkəzində əla vaxt keçirdik. Həftəsonları lukları hərşeydən əvvəl rahat olmalıdır ,məncə. Hələ əgər bu həftəsonunda uşaq arabası ilə gəzəcəksinizsə 🙂

Keçən ay Zarada görər görməz aşiq olduğum donu düşünmədən almışdım. Doğrudur heç vaxt bu tərz geyinməmişdim amma nə etmək olar,zövq dəyişir.  Dəyişən tək o deyil, məsələn dəri sandallarımın ipləri də zövqə görə etnik naxışlı və ya sadə çəhrayı ola bilir. Bunu əla düşünüblər 🙂

Etnik naxışlar,xüsusən Aztec naxışları məni maqnet kimi özünə çəkir. Boxça çantam mənə hədiyyə olsa da,özüm bəyənib almış kimi çox sevirəm.

 

 

LOOK-un detalları :

Don : Zara two-tone cut out dress 2017

Denim Gödəkçə : Stradivarius 2016

Sandallar : Zara Leather Slides with interchangeable ribbons 2017

Çanta : Zara Ethnic Buckle Bag 2013

Eynək : Ray-Ban Folding Wayfarer Classic

Boyunbağı : Tiffany&Co. 2013

Leave a Reply

Your email address will not be published. Required fields are marked *