Restoranlar. Mart dadları

Məni tanıyanlar bilir ki, ev yeməklərini çox sevsəm də, tez-tez çöldə yeyirəm. Bəzən istədiyim bəzən isə məcbur qaldığım üçün. Buna görə də hər ay getdiyim restoran və kafelərin içindən bəyəndiklərimi burada qeyd etmək qərarına gəldim.

Restoranı bəzən dizaynı,bəzən dadı bəzən isə olduğum yerə yaxınlığına görə seçirəm.Getdiyim yerlərin qiymətlərindən çox orada aldığım zövq və təbii ki,professional xidmətinə fikir verirəm.

Beləliklə ,Mart ayının favorit dadları.  Bu ay mənə dadlı bir hədiyyə gəlmişdi ofisə.Bay Kestane. Türkiyədəki məşhur qızarmış şabalıdlar artıq Bakıda var.Bu Metropark tm girişində yerləşir. Çox darıxdığım dad idi. Sevə-sevə yedim. Belə bir paket 4 azn.

20170224_153406_1490787313439

 

Mart ayının ikinci favorit dadı,Sevimli Starbucks -da bu ay makadamiya fındıqlı latte kofe təqdim olundu və əlbəttə mən ona aşiq oldum. Novruz bayramları ərəfəsində isə, içkilərə 1+1 kampaniyası edilirdi. Ürəyimdən xəbər verdi…Kofe alasan,üstündə də kofe hədiyyə edələr.. Qiymətlər ölçü və kofenin sərtliyinə görə dəyişir, təxminən 7.2 azn alınırdı məndə.

20170323_134801_1490787312961

Starbucks,Port Baku Mall

Keçək əsas məsələ,yeməklərə. İtaliyan mətbəxini çox sevirəm.Milli,dadlı Azərbaycan mətbəxindən sonra ən çox italyan yeməkləri mənim zövqümlə üst üstə düşür. Aşağıdakı fotolar tez -tez şirniyyat üçün getdiyim ilk dəfə isə yemək yediyim Baccanale restoranındandır. Baccanale instagram

Menyu maraqlıdır,zəngin sayılır. Bu limonatlar bir ayrı aləmdir. ( 6 azn ) .Bütöv pizzalar çox iri olduğu üçün ,dilim pizzalar sifariş etdik. Hər biri 4 dilimdən ibarət pizzalar da doyumludur. Amma dad başqa aləmdir. Əminliklə deyirəm ki, buradakı pendirləri,ət dilimi və salamiləri Bakıda başqa yerdə,marketdə tapa bilməzsiniz. Mmm,bellisimo !

Sezar salatı. Sözün düzü, heçyerdə yemədiyim cür Sezar idi bu. Demək olar sousu yox idi, bol bol əsl Parmezan pendiri ,limon suyu vardı. Toyuq əti inanılmaz dadlı idi. Ümumən salata heyran oldum.

Qiymətlərə qaldıqda isə, bura ucuz yer deyil. Hətta bahadır. Amma bu dada dəyər. Aşağıdakıların cəmi 55,5 azn .

20170323_145248_1490787182482

Baccanale,Port Baku Mall

20170323_145319_1490787182070

Baccanale ,Port Baku Mall

Bu sevimli Casual Boşqabımı görməlisiniz. Necə deyərlər “İllərdir dəyişməyən ləzzət” @casualbrasserie

Terasdakı huzur,gözəl kontingent,gözəl xidmət,mehribanlıq ,dad.. Daha nə olsun? Çörəklər mükəmməldir. Bu səhər yeməyi iki nəfərə bəsdir.Qİyməti 14 azn və limitsiz çay buna daxildir.Gördüyünüz hər şeyin dadı gözəl idi !
P.S. Hamısını tək yedim

20170326_133948_1490787182600

Casual Brasserie,Nizami küçəsi

 

Oxuduğunuz üçün minnətdaram  !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *