2018 Resort kolleksiyaları

Salam əziz oxucularım !

Əminəm ki,istənilən moda jurnalı və ya dəb ilə maraqlanan şəxs məşhur moda evlərinin Resort ( və ya Cruise ) kolleksiyalarını sevərək izləyir. Resort kolleksiyası – ( Resort Collection, Cruise Collection) — , brendin Yaz-yay kolleksiyasından əvvəl təqdim etdiyi sezonarası kolleksiyadır .  Bu kolleksiya sanki növbəti sezonun əsas ştrixlərindən xəbər verir. Buna əsasən  iş,gecə,çimərlik və idman geyim və akssessuarları aid olur.

Beləliklə aparıcı moda evlərinin “Səyahət” kolleksiyalarından seçdiklərimlə tanış olun.

  1. Louis Vuitton. Ötən gün Tokyoda təqdim olunmuş kolleksiyada bol-bol Yapon küləkləri əsib. Əfsanəvi Yapon dizayneri Kansay Yamamato ilə işbirliyi nəticəsində Nicolas Ghesquière imzalı növbəti kollaborasiya təqdim edildi.

2. Prada deyəsən Resort mövzusunu sevmir. Bu kolleksiya haqqında cümlə qurmaq çətindir sözün düzü, şəffaf son dərəcə zərif orqanza tüllər, uzun idman corabları, oversize gödəkçələr ,bütün bədəni saran paltolar, görünən alt paltarı braletlər ,Eyfeli xatırladan ayaqqabılar və s.

3. Chanel. Əfsanəvi Moda evi, 2018 Kruiz kolleksiyasında da öz əsas dəsti xəttini qoruyub saxlayır. İkonik kostyumun müxtəlif variyasıları fərqli aksessuar və detallarla daha da gözəçarpan oldu. İlham mənbəyi isə Antik Yunanıstan-Ellada mədəniyyəti idi. Karl Lagerfield şounun baş tutduğu məkanın dizaynından, qızılı aksessuarlara, möhtəşəm gladiator sandallarından,gladiator ƏLCƏKlərinə ( !!! ) ,hər bir detalı ilə Elladanı canlandırmışdı.

Ah ! Daban detalındakı antik sütun naxışı məni məndən aldı. 

4. Son olaraq, Christian Dior. Bu nümayiş üçün Dior Yuxarı Las Virgenes kanyonunu seçmişdi. Burada Küləklə Sovrulanlar, MASH kimi filmlər çəkildiyi üçün dəyəri daha böyükdür. Diorun bu kolleksiyadaki xəttini çox bəyəndim.Ümumiyyətlə mən “vəhşi qərb” tematikalı hər bir geyim parçasını çox sevirəm. Nədənsə geyimlər mənə 2016-cı ilin sevilən seriallarından WESTWORLD‘ü xatırlatdı. Bugünün geyim parçaları ilə milli Amerika geyimlərini belə birləşdirmək məharəti ancaq Diora məxsus olabilərdi. 

Mükəmməl detallar :

 

Fotoşəkillər  : Vogue Russia, Vogue . ( © 2017   Condé Nast. All rights reserved. ) 

One Comment on “2018 Resort kolleksiyaları

  1. Senin yazilarin ac vaxtimda meni doydurur geqiqeden bu qeder genish melumati dilimizde tapa bilmek cetin idi seni taniyana kimi .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *