RALPH LAUREN 50 il

Nyu York Moda həftəsinin ən yadda qalan məqamlarından biri əlbəttə 50 yaşını qeyd edən Ralph Lauren markasının yubiley kolleksiyası oldu. Kolleksiya Payız 2018 olaraq qeyd olunsa da,məncə daha çox Ralph Laureni xatırladacaq detalların birləşdiyi bir şou tədbir idi.

Amerika Moda nəhəngi , Hilari Klinton başda olmaqla 200-dən çox nüfuzlu dost və yaxınlarını ətrafında toplamışdı. Kolleksiyadakı giriş, yanakı papaqlar, vestern tərzinin urban tərzinə inteqrasiyası,military detalları mənə Denim and Supply xəttini xatırlatdı. Bundan başqa, Patchwork geyimləri keçən sezondan çox görürdük lakin, bu dəfə Patchwork kürklər, çantalar,çəkmələr də podyumlarda göründü.
Lakin 100-dən çox look ,mükəmməl rəngarəng Polo kolleksiyası Ralph Laurenin imzası kimi görünən bütün tərzlərdə geyimlərin nümayişi idi. Necə deyərlər, Ralph 50 ilin hesabatını verirdi. Ralph Lauren Amerika əfsanəsidir və bu əfsanə ilə eyni tarixi paylaşmaq olduqca xoşdur.

2 Comments on “RALPH LAUREN 50 il

Leave a Reply

Your email address will not be published. Required fields are marked *