Pantone 2017 : İlin rəngi

Pantone, X-Rite Incorporatedin tam mülkiyyətində olan törəmə təşkilatdır və dizayn sənayesi üçün professional rəng standartlarını təqdim edir.  Bu gün rəng Pantone nin universal rəng dili yüz milyonlarla dizayn peşəkarları üçün dünyadakı rəng tendensiyalarını əlçatan edir, onlar bu rənglərdən material,tekstura və müstəvilərin seçilməsində aktiv istifadə edirlər.

Bundan başqa Pantone Rəng İnstitutudur və hər bir rəngin insanın iş prosesinə,emosional və fiziki reaksiyalarına təsirini araşdırır. Beləliklə professionallar rənglərin psixilogiyasını da bilməklə daha düzgün seçimlər edirlər.

Hər il Pantone ilin rəngini elan edir. Keçən il postlarımı oxuyanlar bilir ki,bu Çəhrayı kvars və Serenity mavi idi.

Bu ilin rəsmi rəngi : Greenery 15-0343. Yaşılın ən gözəl və təbii tonu,sakitləşdirici,gözoxşayan və təbiətə bir addım da yaxın hiss etməmizə yardımçı olacaq bir rəng.

69a38f973302d96a03182e3f0dc42804

Rəngə harada ən çox rast gələcəyik ? – İnteryerdə və dekorda.

c03062781f207721d0e53fb12bec9d3f

bba3dd47e09f40ad865774c45c29cafb

Necə ola bilər ki, yeni rəng innovasiyası moda və gözəllik aləmindən yan keçsin. Bu sahədə Greenery-yə neytral rəng kimi baxa bilərik.O soyuq mavilər və sarı ilə əla vəhdət təşkil edə bilər.

27a41fa96d86d30b725ae19370f88d28

Maryam Nassir

cc28484c93f3d6ee1642a74e2a525f0a

Emilio Pucci

İngiltərənin kosmetik brendi Butter London isə birbaşa Pantone İnstitutu ilə birgə Greenery dırnaq boyasını keçən günlərdə satışa çıxardı.

6a537069c2924bb2a818d963c905552c

 

Məlumat üçün qeyd edim ki, əvvəlki illər üzrə Pantone siyahısı belə idi :

• PANTONE 15-3919 Serenity and PANTONE 13-1520 Rose Quartz (2016)
• PANTONE 18-1438 Marsala (2015)
• PANTONE 18-3224 Radiant Orchid (2014)
• PANTONE 17-5641 Emerald (2013)
• PANTONE 17-1463 Tangerine Tango (2012)
• PANTONE 18-2120 Honeysuckle (2011)
• PANTONE 15-5519 Turquoise (2010)
• PANTONE 14-0848 Mimosa (2009)
• PANTONE 18-3943 Blue Iris (2008)
• PANTONE 19-1557 Chili Pepper (2007)
• PANTONE 13-1106 Sand Dollar (2006)
• PANTONE 15-5217 Blue Turquoise (2005)
• PANTONE 17-1456 Tiger lily (2004)
• PANTONE 14-4811 Aqua Sky (2003)
• PANTONE 19-1664 True Red (2002)
• PANTONE 17-2031 Fuchsia Rose (2001)
• PANTONE 15-4020 Cerulean (2000)

0 Comments on “Pantone 2017 : İlin rəngi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *