Embroidery :Tikmə sənəti

Embroidery (ilmə işləməli ) #embroidery naxışları 2015-dən dəbə gəlsə də bu il artıq həryerdədirlər. Ayaqqabıda,çantada,üst geyimlərində və s.
Bu 📷 keçən yay çəkmişəm, Port Baku Mallda yerləşən sevimli mağazam Suite Blancodan aldığım işləməli çantamı çox sevirəm. 

Read More

İlk Postum.

blogPərvanənin Trend Kitabına xoş gəldiniz.

Bloq açmaq və fikirlərimi daha geniş kütlə ilə bölüşməyi həmişə istəmişəm amma heç vaxt yetəri qədər motivasiyam olmamışdı.Mənə bu şansı Instagram  verdi. Təsəvvür etmirdim ki,mənim zövqüm və maraqlarım həqiqətən kimlər üçünsə də marağa səbəb ola bilər.Nəhayət ki, Instagramdan gələn xoş rəy və dəstəkdən ilhamlanıb öz bloqumu açıram.

İstər Instagram.com olsun,istər bloq hər zaman ana dilimizdə yazmağa çalışıram.Bu ölkədə yetəri qədər rusdilli həyat tərzi,fashion bloqu onsuz da var. İstəyim və məqsədim odur ki,bildiklərimi,ümumi fon biliklərimi,hər gün oxuduğum dəb yeniliklərini asan,səmimi yolla gənc  Azərbaycan qadınına ötürüm. Tək makiyaj videoları və ya bahalı brendlərdən fotolarla iş bitmir çünki, çağdaş gənc xanım yüksək intellekti,dünya görüşü, oxuduğu kitabları,fərqli xobbiləri ilə bir bütün təşkil etməlidir. Mən bu cür yaşayıram və illərdir öyrəndiklərimi,araşdırmalarımı tək özümə yox hamıya faydalı etmək istəyirəm. Bu səbədən instagram səhifəm vardı.Bu səbəbdən indi bu bloq yaranır.

Özüm haqqında növbəti postlarda danışacağam.

Xoş gün arzusu ilə,

Parvana <3