
Updated on April 29, 2017
Pantone 2017 : İlin rəngi
Pantone, X-Rite Incorporatedin tam mülkiyyətində olan törəmə təşkilatdır və dizayn sənayesi üçün professional rəng standartlarını təqdim edir. Bu gün rəng Pantone nin universal rəng dili yüz milyonlarla dizayn peşəkarları üçün dünyadakı rəng tendensiyalarını əlçatan edir, onlar bu rənglərdən material,tekstura və müstəvilərin seçilməsində aktiv istifadə edirlər.
Bundan başqa Pantone Rəng İnstitutudur və hər bir rəngin insanın iş prosesinə,emosional və fiziki reaksiyalarına təsirini araşdırır. Beləliklə professionallar rənglərin psixilogiyasını da bilməklə daha düzgün seçimlər edirlər.
Hər il Pantone ilin rəngini elan edir. Keçən il postlarımı oxuyanlar bilir ki,bu Çəhrayı kvars və Serenity mavi idi.
Bu ilin rəsmi rəngi : Greenery 15-0343. Yaşılın ən gözəl və təbii tonu,sakitləşdirici,gözoxşayan və təbiətə bir addım da yaxın hiss etməmizə yardımçı olacaq bir rəng.
Rəngə harada ən çox rast gələcəyik ? – İnteryerdə və dekorda.
Necə ola bilər ki, yeni rəng innovasiyası moda və gözəllik aləmindən yan keçsin. Bu sahədə Greenery-yə neytral rəng kimi baxa bilərik.O soyuq mavilər və sarı ilə əla vəhdət təşkil edə bilər.

Maryam Nassir

Emilio Pucci
İngiltərənin kosmetik brendi Butter London isə birbaşa Pantone İnstitutu ilə birgə Greenery dırnaq boyasını keçən günlərdə satışa çıxardı.
Məlumat üçün qeyd edim ki, əvvəlki illər üzrə Pantone siyahısı belə idi :
• PANTONE 15-3919 Serenity and PANTONE 13-1520 Rose Quartz (2016)
• PANTONE 18-1438 Marsala (2015)
• PANTONE 18-3224 Radiant Orchid (2014)
• PANTONE 17-5641 Emerald (2013)
• PANTONE 17-1463 Tangerine Tango (2012)
• PANTONE 18-2120 Honeysuckle (2011)
• PANTONE 15-5519 Turquoise (2010)
• PANTONE 14-0848 Mimosa (2009)
• PANTONE 18-3943 Blue Iris (2008)
• PANTONE 19-1557 Chili Pepper (2007)
• PANTONE 13-1106 Sand Dollar (2006)
• PANTONE 15-5217 Blue Turquoise (2005)
• PANTONE 17-1456 Tiger lily (2004)
• PANTONE 14-4811 Aqua Sky (2003)
• PANTONE 19-1664 True Red (2002)
• PANTONE 17-2031 Fuchsia Rose (2001)
• PANTONE 15-4020 Cerulean (2000)

Updated on April 29, 2017
2017 Payız RTW. Diqqətimi çəkənlər.
Salam hörmətli oxuyucularım. Qabaqcıl brendlərin, trendsetterlərin ( trend yaradanlar ) 2017 ci ilin payız kolleksiyalarını nəzərdən keçirdikdən sonra diqqətimi çəkən məqamları sizlərlə bölüşmək istərdim.
Desəm ki, 2017-ci il üçün böyük gözləntilərim var, yalan olar. Çünki, bu il təqdim olunan geyimlərin əksəriyyəti mənə sıxıcı gəldi.
Başlayaq yaz ayı üçün də aktual olan,sarı rəngdən. Payız kolleksiyalarında əsas dizaynerlər bu rəngə xeyli yer verib.Görünür il sonuna kimi sarının açıq tonlarından xardal sarısına qədər paletlə tez-tez rastlaşacağıq.
Blumarine , Calvin Klein, Hermès
Amma sizə bir nüansı da çatdırım ki, 2017-in rəsmi rəngi sarı deyil 🙂
Podyumlarda demək olar əksər dizaynerlərin müraciət etdiyi trend “kişi kostyumu” oldu.Maskülen əlbəttə ki, hər il az və ya çox yer tutur kolleksiyalarda, lakin bu dəfə hər zamankindən daha çoxdur .Hətta,bu geyim parçaları ətəklə kombinlənəndə belə öz “kişi kobudluğunu” saxlayır . Bu kostyumlar əsasən boz,xətli, qalın materiallardandır.

Stella Mccartney

Stella Mccarney

Calvin Klein

Calvin Klein
Son olaraq üst geyimlərindəki , “dağınıq assimetriya” , “köhnə palto” həmçinin, rəngli,bəzək və işləməli kürkləri də qeyd etməsəm olmaz. Foto printli dəri isə favoritimə çevrildi.

Balenciaga

Balenciaga

Prada

Prada

Prada

Fendi

Fendi

Hermes

Posted on March 29, 2017
Restoranlar. Mart dadları
Məni tanıyanlar bilir ki, ev yeməklərini çox sevsəm də, tez-tez çöldə yeyirəm. Bəzən istədiyim bəzən isə məcbur qaldığım üçün. Buna görə də hər ay getdiyim restoran və kafelərin içindən bəyəndiklərimi burada qeyd etmək qərarına gəldim.
Restoranı bəzən dizaynı,bəzən dadı bəzən isə olduğum yerə yaxınlığına görə seçirəm.Getdiyim yerlərin qiymətlərindən çox orada aldığım zövq və təbii ki,professional xidmətinə fikir verirəm.
Beləliklə ,Mart ayının favorit dadları. Bu ay mənə dadlı bir hədiyyə gəlmişdi ofisə.Bay Kestane. Türkiyədəki məşhur qızarmış şabalıdlar artıq Bakıda var.Bu Metropark tm girişində yerləşir. Çox darıxdığım dad idi. Sevə-sevə yedim. Belə bir paket 4 azn.
Mart ayının ikinci favorit dadı,Sevimli Starbucks -da bu ay makadamiya fındıqlı latte kofe təqdim olundu və əlbəttə mən ona aşiq oldum. Novruz bayramları ərəfəsində isə, içkilərə 1+1 kampaniyası edilirdi. Ürəyimdən xəbər verdi…Kofe alasan,üstündə də kofe hədiyyə edələr.. Qiymətlər ölçü və kofenin sərtliyinə görə dəyişir, təxminən 7.2 azn alınırdı məndə.

Starbucks,Port Baku Mall
Keçək əsas məsələ,yeməklərə. İtaliyan mətbəxini çox sevirəm.Milli,dadlı Azərbaycan mətbəxindən sonra ən çox italyan yeməkləri mənim zövqümlə üst üstə düşür. Aşağıdakı fotolar tez -tez şirniyyat üçün getdiyim ilk dəfə isə yemək yediyim Baccanale restoranındandır. Baccanale instagram
Menyu maraqlıdır,zəngin sayılır. Bu limonatlar bir ayrı aləmdir. ( 6 azn ) .Bütöv pizzalar çox iri olduğu üçün ,dilim pizzalar sifariş etdik. Hər biri 4 dilimdən ibarət pizzalar da doyumludur. Amma dad başqa aləmdir. Əminliklə deyirəm ki, buradakı pendirləri,ət dilimi və salamiləri Bakıda başqa yerdə,marketdə tapa bilməzsiniz. Mmm,bellisimo !
Sezar salatı. Sözün düzü, heçyerdə yemədiyim cür Sezar idi bu. Demək olar sousu yox idi, bol bol əsl Parmezan pendiri ,limon suyu vardı. Toyuq əti inanılmaz dadlı idi. Ümumən salata heyran oldum.
Qiymətlərə qaldıqda isə, bura ucuz yer deyil. Hətta bahadır. Amma bu dada dəyər. Aşağıdakıların cəmi 55,5 azn .

Baccanale,Port Baku Mall

Baccanale ,Port Baku Mall
Bu sevimli Casual Boşqabımı görməlisiniz. Necə deyərlər “İllərdir dəyişməyən ləzzət” @casualbrasserie
Terasdakı huzur,gözəl kontingent,gözəl xidmət,mehribanlıq ,dad.. Daha nə olsun? Çörəklər mükəmməldir. Bu səhər yeməyi iki nəfərə bəsdir.Qİyməti 14 azn və limitsiz çay buna daxildir.Gördüyünüz hər şeyin dadı gözəl idi !
P.S. Hamısını tək yedim

Casual Brasserie,Nizami küçəsi
Oxuduğunuz üçün minnətdaram !

Updated on October 26, 2017
Hər ilin dəbi : Jeans
Əgər cins şalvarları klassifikasiya etsək o zaman adlardan yox, kəsim-biçimlərdən başlamalıyıq. Və ya “fit” yəni oturmasından. Onlara sıra gələcək.
Keçən illərdə #boyfriendjeans elə çox gördük ki, çoxları tanıyır. Adından məlum olduğu kimi, oğlan dostunun şalvarı kimi qalmalıdır.Beldən boş, arxa hissə boş, ayaglar boş. Ətəyi çox zaman qatlanmış. Ön hissəsi kəsik,yırtıq.

Updated on April 29, 2017
Equesterian modası
Dünyada hərgün yenilənən ,dəyişən moda trendlərindən başqa, çox az insanın müraciət etdiyi, amma klassını qoruyub saxlayan bir neçə tərz var. Onlardan biri #equestrian modasıdır( latın dilində equest – at ). Əslində #equestrian deyəndə professional atçılıq geyimi nəzərdə tutulur amma, bugün tam və ya hansısa detal şəklində moda aləmində öz yolu olan bir tərzdir. Yetərincə klass və bahalı geyimlərdir.
Xobbisi at sürmək, ( UK -də Ovçuluq) və ya polo olan hər kəs bu tərzə aşiq ola bilir. Bəzən podyumlarda gördüyümüz detallardan başqa, sırf bu tərzə işləyən brendlər var. Polo by RL, #Ariat, #Laredo və s. ( Gucci də zamanla bu tərzə meyl edib ) .
Əgər bir jurnalda çalışsaydım incəlikləri ilə haqqında yazacağım #equestrian məqaləsinin adını “Cıdırdan podyuma ” qoyardım.
Fotolarda @ralphlauren , @Hermes@massimodutti
Bu tərzin geyimlərinin klass və bahalı olmasını qeyd etdim. Səbəb həm də keyfiyyətdir. Yalnız mükəmməl və dözümlü dəri və fabrikdən(parça) istifadə olunur. Görünüş ,yəni dizayn isə , “sharp” -olmalıdır. Ana dilimizdəki ifadə ilə : “qutu kimi”
Haqqında danışdığımız #equestrian tərzinin tam versiyasını əlbəttə gündəlik həyatda istifadə edə bilmərik. Amma bənzər şık tərzi özümüz yarada bilərik. Payızda sevə sevə birləşdirdiyim parçalar, yüksək bel slim fit jeans, Köynək , pencək, dizaltı çəkmələr.

Updated on April 29, 2017
Tarixi üst geyimi. Cape paltoları
Günümüzdə istifadə etdiyimiz geyimlərin çoxunun tarixi son 20-30 ilə gedir çıxır. Amma bəzi geyim parçaları vardır ki,əsrlər öncə də geyilir və tələb görürdü.
Düzdür,bir zamanlar xüsusi zümrəyə,insan təbəqəsinə məxsus olan geyimlər bugün müassir modada hərkəsə açıq təqdim olunur.Məsələn : qladiator sandalları.
Cape [ keyp ] paltoları ( yaxud bunlara ” Scarlett cloak ” da deyilir ) orta əsrlərdən bugünə aktuallığını itirməyən geyim parçalarından biridir. Cape paltoları, bədənə tam oturmayan hətta tamamilə boş A şəkilli kəsimli ,boyundan bağlanan üst geyimidir. Adətən başa keçirilən kapuşonu olur.Lakin standart kapuşondan fərqlidir daha böyük və boyuna doğru bir neçə qat yayılır.
Read More

Updated on April 29, 2017
Modada “futuristik” cərəyanı
Moda köhnəlməyə meylli bir sənayedir.Belə bir keçici effektə sahib olduğu üçün durmadan gələcəyə meyl edilir. Bu səbədən keçmişdən bəri dizaynerlər “Sabahın dizaynı”nı yaratmaq missiyasını özlərinə təyin ediblər. Amma qəribə bir şey var ki, gələcəyə meyl edilən moda aləmində keçmişə qayıdış baş verir və qəribə bir zəncir yaranır.

Posted on August 20, 2016
Stradivarius P/Q 2016-17
Hər zaman yediyim,geyindiyim nə varsa tarixini və yarandığı yeri öyrənmək istəyirəm.1994-cü ilə Barselonada yaranmış Stradivarius da bunlardan biridir. Qısa müddətdə inkişaf edib ,uğurla böyüyən ekonom klass eyni zamanda da heç bir trendi gözardı etməyən Stradivarius. Müqayisə etməyi sevməsəm də, çoxuna bəllidir ki, bu brend “ucuz Zara” adlanır Avropada.Amma Zaradan heç də geri qalmır, dünyada 900-dən çox mağazası var.
Read More

Updated on April 29, 2017
Səyahət. Kuşadası 1.hissə

Selçuk,Pamucak sahilləri
Səyahəti sevməyən adam yoxdur yəqin ki. Ümumiyyətlə hara getməyindən asılı olmayaraq, gündəlik mühitindən uzaqlaşmaq və rutindən qaçmaq səyahətin əsas məqsədi olmalıdır. Deyirlər ki, heçvaxt səyahətdən getdiyin adam kimi qayıtmırsan. Çünki getdiyin hər bir yol,özünü tapmaq üçün atdığın bir addımdır.
Updated on April 29, 2017