NEW YORK Moda Həftəsi .Əsas məqamlar

Dəb elə bir məfhumdur ki, onun arxasınca qaçarkən yorulmaq, büdrəyib yıxılmaq mümkündür. Lakin dəbi çox sevirsinizsə, bu marafon sizə ancaq həzz verir. Modanın ən sürətli,ən gözlənilən marafonu 4 BÖYÜK Moda həftəsi 6 Sentyabrda start götürdü. Təbii ki,Nyu Yorkdan başlayaraq dünya markaları 2019-cu ilin Yaz Yay sezonu kolleksiyalarını təqdim etməyə başladı.

4 marafon bitmədən növbəti ilin ən rəngli iki sezonu üçün tam trend siyahısını öngörmək mümkün olmasa da, Nyu York Moda həftəsinin ən yadda qalan anlarını bölüşmək istədim.
Mənim üçün bu Moda Həftəsi ,parlaq rənglərin rəqsi idi, sarı, xardal, qızılı,yaşıl, və əlbəttə ki, Pantone 2019 proqnozlarındakı purpur və tünd çəhrayı tonları göz oxşayırdı. Brandon Maxwell bu dəfə mənim könlümə taxt qurdu. Əslən Cənubi Amerikalı olan Brandon, müassir moda ilə cənub tərzini elə tandemdə təqdim etdi ki, bütün qabaqcıl moda kritiklərinin diqqəti özünə çəkdi. Millenial Çəhrayı və koral qırmızısı şik kovboy tərzi. Şəffaf çantalar isə HƏLƏ ÇOX TƏKRARLANACAQ.

Növbəti maraqlı rəng palitrası Escada şousu zamanı göründü. Rənglərlə çox oynasa da, podiumda maraqlı görünürdü,etiraf edim məndən çox uzaqdır bu tərz. 1980-ci illərin gözəçarpan detalları , isti rənglərin bol-bol istifadəsi, iri ikiportlu pencəklər. Mules ayaqqabıları çox bəyəndiyimi mütləq qeyd etməliyəm.

Pencəklərdən danışmışkən,oversized pencəkləri pastel tonlarında TiBi özünəməxsus şəkildə təqdim etdi. Lakin hərzamanki kimi, pastel tonlarında.

2 Comments on “NEW YORK Moda Həftəsi .Əsas məqamlar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *