BeauTest- May ayında sınadığım gözəllik vasitələri

Salam xanımlar,

May ayı yetəri qədər məhsuldar oldu,gözəl görüşlər,dəvətlər bir birini əvəz etdi. Bu ay ərzində bir neçə markadan göndərilən gözəllik və baxım vasitələrini sınamışam.

Başlamaq istəyirəm Çistaya Liniyadan. Hər zaman alışdığımız bağlamalardan fərqli olaraq bu dəfə gözəl gül səbətində gələn gözəllik vasitələri ilk andan ürəyimi ovsunladı.Gülləri kim sevmir axı ? Keçək əsas məsələyə, çistaya liniyaya məxsus ərikli skrab daha əvvəl yoxladığım vasitə idi. Bu dəfə isə daha çox bəyəndim,daimi skrabıma çevrildi. Əl kremi mövzusunda əziyyət çəkirdim ta ki çistaya liniyanın əl kremini yoxlayana kimi. Yapışaqanlıq hissi olmadan ,yumuşaq əllərə sahib olmaq gözəldir. İş stolumda olmazsa olmaz əl kremim artıq bəllidir. Dİgər məhsul isə mükəmməl nəmləndici effektə sahib tonik idi,lakin tonik dərimi yağlandırdı,səbəb isə aydındır,məhsul quru dərilər üçündür.



Növbəti məhsul testi təklifi Baku Organic instagram səhifəsindən gəldi ( Link ) İki möhtəşəm xanımla tanış olub kofe içmək elə xoş idi ki ! Baku Organic sən demə, DUSHKA məhsullarını Azərbaycana gətirirmiş..Ah dushka,çoxdandır izləyirdim səni ! Məhsullar Ukrayna istehsalı və tam təbiidir. Şokolad+Kokos seriyası saç baxımı yağlılığa meylli saçlara qulluq üçün nəzərdə tutulub. Mən şampunu sevdim, saç kondisionerinə isə vuruldum! Icazə versələr, onu maska da adlandırardım,saçlara canlı effekt bəxş etdi. Bundan başqa sınayacağım bir məhsul hələ də qalır, şokolad və kokoslu bədən sabunu. Nə çox sevirəm təbii yolla hazırlanan sabunları !


Son olaraq, Sabina Parfumeriyanın təşkil etdiyi və çox sevdiyim Darinanın dəvəti ilə qatıldığım Givenchy təqdimatı. Bakının ən gözəl kafelərindən olan Laduree (http://baku.menu.az/laduree-baku )  da keçirilən görüşdə , həm çox dəyərli məlumatlara yiyələndim,həm də ən sevdiyim gözəllik bloggerləri ilə yaxından tanış oldum. Givenchy hədiyyələri içində yeni tonal krem Matissime Velvet yəqin ki,növbəti alacağım tonal krem olacaq. Yüngül tekstura və ideal yayılma. Düzgün ton,quruluq yaratmadan tam mat effekt. Bravo,Givenchy ! Növbəti məhsul isə Mr Brow Groom qaş sabitləyicisi idi. Məhsuldan möcüzə gözləmək olmaz,onsuz da işi qaşı sabitləməkdir 🙂 Bir neçə ətir testerindən isə yalnız biri wishlist-imə daxil oldu. Bu Givenchy L’Ange Noir ətridir. Gül-çiçək,şərq notları sonradan isə qeyri -adi sərtlik. Qara mələk ətrini öz ruhuma çox yaxın hiss etdim,nədənsə.

Lalənin story-lərindən kadr 🙂

Məhsulları haradan əldə etmək olar ?

Baku Organic https://www.instagram.com/baku_organic/

Sabina Perfumery https://www.instagram.com/sabina_perfumery_cosmetics/

Çistaya Liniya https://www.instagram.com/chistaya_linia_az/

 

One Comment on “BeauTest- May ayında sınadığım gözəllik vasitələri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *