Hər ilin dəbi : Jeans

Əgər cins şalvarları klassifikasiya etsək o zaman adlardan yox, kəsim-biçimlərdən başlamalıyıq. Və ya “fit” yəni oturmasından. Onlara sıra gələcək.

Keçən illərdə #boyfriendjeans elə çox gördük ki, çoxları tanıyır. Adından məlum olduğu kimi, oğlan dostunun şalvarı kimi qalmalıdır.Beldən boş, arxa hissə boş, ayaglar boş. Ətəyi çox zaman qatlanmış. Ön hissəsi kəsik,yırtıq.

#momjeans anaların geyindiyi klassik 90cı il şalvarlarıdır. Əsasən açıq mavi, beldə yaxşı oturan.Arxa hissə,yan hissə oturur, buddan boşalır, ətəyi boş/orta. Bel hissə gözəl oturmasa mom pis görsənir.
#girlfriendjeans yeni termindir.Boyfriend cinslərin əksi olaraq.”qız” şalvarı. Bel oturur,yan və budlar oturur, dizdən aşağı düz kəsim. Çox zaman ətəyi kəsilir. Rəngi açıqdan tündə dəyişir.

3c2cfd92a0098508e2bba27036353c1a

Cins şalvarların əsas klasifikasiyası kəsimlərə görədir, təkrar edirəm. Yəni bf,gf gəlib gedərdir..

Soldan sağa doğru :
1. Regular fit ( Sabit kəsim ) bu ən standart cinsdir. Düz kəsimdir. Hər kəsə fərqli yaraşa bilər. Ayaqlara yapışmamalıdır. 2. Tam əksi , skinny ( arıq ) və ya slim fit. Bu bir neçə il öncə çox dəb olan tam yapışan lasinə bənzər cinslərdir. Yükəsk və aşağı bel olur.
3. Skinny jeans aşağı bel. Mənim tələbəlik illərimdə çox dəb idi. Qeyd edim ki, qadın bədən formasına çox zərər verir bu kəsim. Yanlardan maffin adlanan ətlər çıxır  4. Bootcut jeans. Biz trapeciya deyirik. 70lərin 80lərin kəsimi. Bunlar iki cürdür. Aşağıdan enlənən ətəkli bootcut ( çəkmə kəsimi ) , daha dizdən enlənən isə #flare dir.Yəni, klyoş. Çox adama yaraşır, amma incə balaca #petite xanımlar geyməsə uyğun olar.. 5. Wide jeans. Enli cins. Ancaq beldə oturur və tamamən açılır. Yan hissəniz dikdirsə,bəxtiniz gətirib çox yaraşacaq. 2000ci ilin əvvəlləri dəb idi bu il də olacaq. Bu şəkildəkinin eynisi vardı məndə ah..

da3817adc5171585f227780ce6ded37b

Bədən forması idealı artıq çoxdan tarixdə qalmış bir fikirdir. Bugün dolu xanımlar asanlıqla özünə uyğun geyimlər seçib, cazibədar görsənə bilər. 💖

Yan/Bud hissəsi nisbətən dolu olan, yaxud armudabənzər ( yuxarı arıq,aşağı kök) bədən fiqurasına çox uyğun #bootcutjeans . Daha arıq, daha düzgün görsənnək üçün dar lasinlərə ehtiyac yoxdur. Bu forma, ətəklərdən enləndiyi üçün bir vizual simmetriya yaranır və yuxarı yan hissənin iri olması gözə çox çarpmır.

p.s. J.Lo həmişə belə cinslər geyinir.

4be756032caba7d5ace2f436c4f06be1

Rahat,sevilən boyfriend cinsləri.

 

İlk baxışda hamıya yaraşır. Hər ayaqqabıyla uyğunlaşır. Bu şalvarlar dolu xanımlara çox yaraşır, arıq xanımlara da. Ancaq, çox arıq sıfır bədən qızlara yaraşmır.
Bu şalvarı geyərkən topuğun bağlanmamasına diqqət edin. Ətəyin qatlanmasını da ləğv edə bilərsiniz,kəsilə və ya qısaldıla bilər… Yan hissə çox düzdürsə, bu şalvarla ehtiyatlı olmaq lazımdır. Qabaq hissəsi çox yığışa bilər.Məsələn mən dünənki şəkildəki boyfriendimi, sonradan beldən yığdırdım . Çünki çanaq hissə məndə çox yana deyil.

Capture

Cins şalvarlarda vizual olaraq işləri pozan və düzəldən başqa iki nüans var. 👖👖👖👖

1. Arxa ciblər
2. Ağardılmış/yuyulmuş effekt

Ciblər çox aralı olanda, arxa hissə böyük görsənir. Ciblər yaxın olanda isə sanki 🍑 aşağı düşür. Yerində ortada olan cib isə kiçik, dik və düzgün göstərir.
Yuyulmuş ağarmış effekt vizual olaraq enli göstərir ayaqları. Əgər yan hissədə ağarmışdırsa, olduğunuzdan kök görsənə bilərsiniz. Əgər arıqdırsa yan hissə onda geyinib daha ətli görsənə bilərsiniz. Bu ayaqlara da aiddir.

Capture.PNG

Girlfriend geyinərkən boy problemini unutmaq olar,məncə. Bu şalvarlar qısaboylu xanımlara da yaraşır.

 

Hansı bədənə uyğundur? İncə bel, arxa hissəsi çox iri olmayan, ayaqları kök olmayan xanımlara. Çanaq enli ola bilər.
Levis, Benettonda klassik modellər çox olduğu üçün oradan Gf cins daha asan taparsınız. Colinsə də baxmaq olar.

Capture.PNG

Son bir ildə çox çox gördüyümüz #momjeans 👖💞

 

Daha əvvəl dəfələrlə yazmışam .Bu ana cinsi ona görə adlanır ki, dünyaya uşaq gətirmiş qadının qarın bölgəsində artıq ət yaranır.Çox vaxt ömürük qalır. Bu şalvarlar məhz bu hissəbi yığmaq üçün nəzərdə tutulub. 80-ci 90cı illərdə amerikan analarının sevimli şalvarı, bugün dünyada dəbin, rahatlığın öndəgedən parçalarından birinə çevrilib.
Mom jeans geyinmək üçün boy önəm daşımır.Hətta mən bəstəboy qızlara çox yaraşdırıram.

Mom jeans yan arxa hissəsi çox arıq, düz, çanağı düz xanımlara uyğun deyil. Məhz belində az da olsa maffin deyilən əti, arxa hissəsi olan qadınlarda gözəl görsənir. Beli və qarnı yığır, arxa və yan hissəni isə qaldırır və formalı görsənir.
Mom jeans qalın və əsl denim parçadan olmalıdır. Çox vaxt sadə və bir rəngdir.
Mən öz sevimli Mom jeans-imi @nothingflat dan 35 manata almışam.Və ekonom qiymətinə baxmayaraq bu çox keyfiyyətli klassik və əsl cins parçasıdır. 👖👖👖l

dedfd01d590a4f2446b81ef73928b239

Leave a Reply

Your email address will not be published. Required fields are marked *