Yeni İl üçün 7 hədiyyə fikri 2018

Dekabr ayı demək olar çoxumuz üçün eyni keçir. Yeni il əhval ruhiyyəsi,mağazaların bəzənmiş vitrinləri,endirimlər.. Ailə üzvləri,dostlar və sevdiklərinizə nə hədiyyə edəcəksiniz ? Əgər hələ seçim etməmisinizsə aşağıdakı siyahı köməkçiniz ola bilər :

  1. Parfum yaxud kosmetika. Bəli nə qədər banal səslənsə də , əksər xanımların ürəyincədir bu hədiyyə və əlbəttə parfuma yox deməyən bəylər də çoxdur. Mən olsam hansı ətri hədiyyə edərdim ? Voyage d’hermes, Miss Dior Eau de Parfum, Shalimar Guerlain,yeni Hermes Twilly. Həmçinin, İdeal, Sabina mağazalar şəbəkəsində ,Emporium parfumeriyada,Loccitane mağazalarında yeni il üçün hazırlanmış qutular var. Yeni il setləri həm uyğun qiymətə bir neçə məhsul almaq imkanı verir, həm də görünüş olaraq əla hədiyyədir.
  2. Nə qədər müassirləşsək,texnologiya əsrində yaşasaq da hələ də “ən gözəl hədiyyə kitabdır” deyən dostlarınız varsa, üz tutun kitabevim.az mağazasına . Amma əvvəlcə təxmini oxuduğu janrı seçin. Mənim kitabevim.azdan seçimlərim :Orhan Pamuk “Qırmızı saçlı qadın”, Dan Brown “Başlangıc” ,Tamerlan İsmayılzadə “Sev”, “Hərşey səninlə başlar” Mumin Sekman.
  3. Simvolik hədiyyələr. Əgər büdcəniz az qəlbiniz genişdirsə, o zaman ən yaxşı fikir simvolik hədiyyə almaqdır. Bu yeni il temalı suvenir, yeni il mövzulu fincan ( məsələnən Starbucks, Zelhome,Gallery,Grafika ) həmçinin 2018 gündəliyi ola bilər. Instagramda artıq bir neçə səhifə var ki, gözəl görünüşlü gündəlik agendaları hazırlayır. Bunlardan özümün də sınadığım “Shop La Luna” və “100 Vərəq” çox məsləhət görürəm. Mağazalardan isə Stradivariusda qeyri adi simvolik hədiyyələr tapa bilərsiniz.
  4. Sağlam həyata dəvət. Artıq hamımız bilirik ki, sağlam həyat tərzi bir luksdur. Addım sayan tracker,yoga matı,idman çantası , meyvə səbəti, idman qidası, smuzi aparatı, evdə məşq üçün az çəkili ağırlıq daşları yaxud idman zalına bir aylıq vauçer çox yerinə düşər. Bilirsiniz mi yanvar ayında ən çox pul qazanan müəssisələr idman zallarıdır ? Məlumat üçün,mənim Bakıda ən sevdiyim və məsləhət gördüyüm zal : Fitway Gym. Bundan başqa idman geyimləri də yerinə düşər. Bir cüt gözəl Nike ayaqqabısına kim yox deyər. Nike’ları əlbəttə ki, Courir Baku mağazasından əldə edə bilərik.
  5. Özəl qış hədiyyələri. Bu eyni zamanda həm gündəlik həyatda istifadə olunan,həm də gözəl görünüşlü hədiyyələrdir. Əlbəttə,yaxın dostlar,ailə üzvləri üçün nəzərdə tutula bilər. Qışa uyğun Pijama,ev geyimi dəsti , yumuşaq və isti ev başmaqları, rəngarəng yumuşaq örtüklər. Harada tapmaq olar ? Pijama deyəndə ilk ağlıma gələn “Yukhulu Pajamas”dır və özəl hədiyyəlik qutularda bu ideal yeni il hədiyyəsidir.Üstəlik indi kişi kolleksiyası da var. Bundan başqa isti ev geyimlərini ən çox “La vie en Rose” mağazasında sevirəm. Örtüklər ? -Əlbəttə sevimli Zelhome !
  6. Qadcet sevgisi. Hamınızın elektronika dünyasını sevən dostumuz mütləq var ,elə deyil? Aydındır ki, indi elektronika malları o qədər də uyğun qiymətə deyil. Amma daha uyğun seçimlər də var. Məsələn, powerbank, şarjla işləyən telefon keysi,kamera üçün sukeçirməz qab, irihəcmli yaddaş diski, naqilsiz şarj üçün alət,kiçik kofe maşını, kamera üçün ştativ ,qulaqlıq və s .
  7. Son olaraq ən çox zövq aldığımız yemək-içmək hədiyyəsi. Yeni ildə dadlı hədiyyə həmişə dadlı fikirdir. Bu kapkeyk qutusu, tort, gingerbread ev, kofe paketi ola bilər. Həmçinin kofe və çaysevən dostlarınıza press dəmlik hədiyyə edə bilərsiniz. Kofe mağazalarının çoxunda var. Dostunuz gözəl içkiləri sevir? O zaman üz tutursunuz şərab evinə və bir Moet&Chandon şampanı ,yaxud Hennesy və dadlı şokolad qutusu. Haradan alaq? Yaxşı olar ki,içki və şokolad qutusunu özünüz düzəldəsiniz,amma büdcəniz çatırsa instagtamda rastladığım Botichelli Baku səhifəsinə müraciət edin,şəxsən mən heyranam işlərinə. Düzdür, bu cür hədiyyələr uzun müddət qalmır ,çox xatirəsi yoxdur, amma önəmli olan insanı xoşbəxt etmək deyil?

3 Comments on “Yeni İl üçün 7 hədiyyə fikri 2018

Leave a Reply

Your email address will not be published. Required fields are marked *