Flaminqo tendensiyası.Təbiətdən Modaya

Heç kəsə sirr deyil ki, təbiət hər zaman incəsənətin,xüsusən rəssamlığın ilham mənbəyi olmuşdur. Demək olar ki, bütün rəngləri təbiətdə tapmaq olar. Və ya əksinə,koloristlər hər zaman təbiətdə olan rəngləri yaratmağa çalışırlar.

Söhbət yalnız rənglərdən yox,canlı təbiətdən də gedir.Ağaclar,çiçəklər,heyvanlar quşlar. Nəzərə alsaq ki, moda özü də bir incəsənətdir ,deyə bilərik ki, moda çox vaxt təbiətdən bəhrələnir.

Yuxarıda ağaclar,çiçəklər,heyvanlar və quşlar dedim. Heyvan printləri və çiçəklər onillərdir bizim üçün adiləşmişdi. Amma bugünə kimi heç bir heyvan printi “Flamingo” tendensiyası qədər məşhurlaşa bilməyib.

Bu əlbəttə yeni trend deyil, artıq 2-3 ildir flaminqo sevgisi baş alıb gedir.

Ev dekorundan geyimə, kargüzarlıq ləvazimatlarından telefon keyslərinə,çimərlik geyimlərindən çantalara. Hər yer flamingo !

Düşünürəm əsas səbəb görünüşdür.İncə boynu,bədəni və uzun zərif ayaqları ilə heyran edir və əlbəttə ki,rəng. Təbiətdə başqa heç yerdə görə bilməyəcəyiniz parıltı və ideal keçidli gözəl çəhrayı tonları ilə hamının sevimlisinə çevrilmək çətin olmadı. Flaminqo,digər heyvanlardan fərqli olaraq, vəhşi və yabanılıq yox, zəriflik, maraq və rəngarəng əyləncənin simvoludur. (Bağışlasın bizi pişiklər)

Ona görə də indi dünyanın lider alış veriş mağazası asos.com -da “flaminqo” axtarışı etdiyimiz zaman 90 nəticə çıxır. Asos kimi onlayn mağazada 90 ayrı məhsulda flamingo printi bir rekorddur.

Mənim şəxsi düşüncəmə görə Flamingo tendensiyasının pik nöqtəsi 2 il öncə baş tutan Revolve Festival oldu, burada Revolve villada hovuzlarda nəhəng flaminqo şarlar vardı və ən məşhur blogger və IT girl-ləri onlarla foto çəkdirmək üçün sanki yarışırdılar.

Mənə gəldikdə isə, bilmirəm xarakterimdən mi yoxsa nədən, flaminqo fanatı olmadım.Düzdür,Starbucks Azərbaycanın hədiyyə etdiyi fincanı sevməyə bilməzdim. 

                                                       ——————————————————–                                 

Bu arada əgər Flamingoları sevir və onlarla təmasda olmağı arzulayırsınızsa Aruba adasına gedin. Burada istirahət edib okeanda üzərkən flaminqolarla eyni təbiəti paylaşacaqsınız. Onlar qorxmur ,qaçmır. Əksinə insanlarla münasibət qurur. Yox,Aruba uzaqdır deyirsinizsə, o zaman İzmirə gedin.Bəli, İzmir Mavişehir yaxınlığında toplu halda yaşayan flaminqolara rast gələ bilərsiniz.

Bəzi maraqlı faktlarla postu yekunlaşdırıram :

  • Flaminqo adı portuqalca “flama”-alov sözündən gəlir. Bu onların parlaq narıncıya oxşar rənglərinə görədir.
  • Cəmi 6 flaminqo növü mövcuddur. Ən məşhuru isə Amerikan çəhrayı flaminqosudur.
  • Flaminqo balaları boz rəng olur. Yedikləri qidalar sayəsində sonradan rəngləri çəhrayıya hətta qırmızıya qədər dəyişə bilir.
  • Flaminqoların bir ayaqlarını qatlayaraq dincəldiklərini,yatdıqlarını bilirik. Əslində onlar dizlərini yox topuqlarını qatlayırlar.
  • Flaminqo dəstəsinə flamboyans deyilir.
  • Flaminqolar monoqamdır. Bir erkək ancaq bir dişi ilə cütləşir.

 

Ümid edirəm məqaləm maraqlı oldu.Elə isə bu barədə instagramda fikirlərinizi rəy olaraq bildirin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *