MODA VƏ MODERNIZM . Aleksadr Vasilevin sərgisi

Hər il payız gələn zaman sevindirici məqamlardan biri də maraqlı sərgilərin açılması olur. Bakının bu tərəfini çox sevirəm. Zaha Hadidin memarlıq şahəsəri olan Heydər Əliyev Mərkəzində növbəti möhtəşəm sərgi 7 Oktyabrda açıq elan olundu. Məşhur sənətşünas-kolleksioner Aleksandr Vasilev -ə məxsus ”  “Modernizm və moda 1960-cı illər” ( Keçən qış onun müsahibəsində sərgi barədə eşitmişdim çox gözləyirdim) .

❤️Ağlıma gəlməzdi ki, ən sevdiyim filmin ən sevdiyim obrazın geyiminə bu qədər yaxın olaram . Ümumiyyətlə 1960 illərdən Givency,Chanel,YSL,Lanvin,Balmain,PacoRabbane, Pierre Cardin və bir çox əfsanə moda evlərinin ikonik geyimlərini canlı görmək inanılmaz xoş oldu.
Əsas suallara cavab verim : Sərgi Aprel 2018-ə qədər davam edəcək. Sərgiyə giriş 🇦🇿vətəndaşlarımıza 10 azn.Tələbələrə güzəşt olunur. Bu bilet ilə binadakı bütün sərgilərə girə bilərsiniz. Bazar ertəsi muzey işləmir. @heydaraliyevcenter

Audrey Hepburn üçün ,Tiffanydə səhər yemeyi filmi. Givenchy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *