Müsahibə : Aya Rzalı .

Salam əzizlərim. Bloqda yeni olsa da ən sevdiyim rubrikanı yazmaq mənə zövq verir. Daha öncəki müsahibəmizi oxuyub fikirlərini bildirən hər kəsə təşəkkür edirəm. Bildiyiniz kimi,öz işində uğur qazanmış xanımlar mənim əsas qəhrəmanlarımdır.
Onlardan biri mənim illərdir tanıdığım Ayparadır. Mən Ayanı rəfiqə kimi,mehriban xanım kimi tanıyırdım.Ancaq bu müsahibədən sonra onun tam fərqli tərəflərini kəşv etdim.

Bilməyənlər üçün qeyd edim ki,Aypara, Aya Rzalı Ceremony tədbir təşkilatçısı şirkətinin qurucu və rəhbəridir.Daha əvvəllər Azərbaycanda ilk qadın portallarından biri olan style.az saytının təşəbbüskarı olmuşdur. Elə bizim tanışlığımız da bu sayt vasitəsi ilə olmuşdu. İlk dəfə moda haqqında sərbəst yazılarımı onun saytı style.az vasitəsi ilə izləyicilərimlə paylaşırdım və ilk yazılarımı da Aya oxuyurdu .
-Aya,biraz işindən danış.İşlərindən : 
– İşimi bilirsən,dövlət idarəsində işləyirdim.Analıq məzuniyyətindəyəm. Amma digər işimi davam etdirirəm.
-Yorucudur ?
-Yoruluram. Müştərilərlə işləyirəm ,telefonlarım susmur. Amma sevirəm işimi,bu işdə paslanmırsan və daim inkişafdasan.
-Məhz bunu soruşacaqdım.Müştərilərlə birbaşa ünsiyyətdə olmaq sənə çətin gəlmədi ?Daha əvvəl təcrübən olub bu sahədə?
-Olub,öz iş yerimdə də insanlarla ünsiyyətdə çox olurdum,ünsiyyət alınır.Ümumiyyətlə sənə deyim,olur ki ,yüksək statuslu xanımlar bu tip şirkətlər açır ancaq insanlarla ünsiyyət qura bilmir,özlərini yuxarı hesab edir.Müştəri üçün fərqi yoxdur sən kimin qızısan .Mən onun gözündə sadəcə dekoratoram və məni seçib.Müştəri hər zaman haqlıdır.
-O zaman bütün sosial şəbəkələrdəki səhifələrin idarə edilməsi,sualları cavablamaq da sənin öhdənə düşür ?
-Hamısı. (Üzümdəki təəccübü görüb gülümsəyir ) Belə deyim,mən işimin həm meneceriyəm,həm müdiri həm də katibəsi.
-Mənə demə ki,dekorasiyanı da özün edirsən 🙂
-Gördüyün bütün dekorlar hamısı mənim işimdir.Heç bir dizaynerdən fikir almıram. Gözəl komandam var,qrafik dizaynerim var.Çox çalışsam qrafik dizaynerliyi də özüm edərdim amma o qədər vaxtım olmur. Yenə də işimin üstündəyəm,ən xırda detala qədər fikir mənə adi olur,bunu heçkimin öhdəsinə buraxmıram.
-Aya,saytın vardı,öz çox yaxşı işin vardı.Bu iş ağlına haradan gəldi ?
-Bilirsən Pərvanə,həmişə istəmişəm öz işim olsun çünki, standart iş saatlarına sığa bilmirdim.Paslanmaq istəmirdim. Rutin mənlik deyil.Sonra ilk övladımı dünyaya gətirdikdən sonrakı məzuniyyət müddəti artıq işsiz qala bilmirdim.Düşünürdüm nə iş görüm?Körpə uşağı qoyub dövlət işinə qayıda bilməzdim.Sonra təsadüfi,maraqlı bir şey baş verdi.Atam və həyat yoldaşımın dəstəyi də oldu. Əlimə bir miqdar vəsait gəldi və xırda bir büdcə ilə işə başlamağa qərar verdim.Fevralın 2-si idi. İlk iş gedib dekor üçün qablar aldım.
-Aya, bir anda oldu hərşey,sənə haradan əminlik gəldi ki,məhz bu dekor işi.Nə bildin alınacaq ?
-Çünki evdə oturanda,oğlum yatarkən bir az vaxt olan kimi,internetdə dekorlara baxırdım. Qadınlar internetdə pal-paltara baxar. Mən cürbəcür tədbir dekorları araşdırırdım. Event planning haqqında,iş necə görülür və s. məlumatlar oxuyurdum. Mənim ixtisasım tamam ayrıdır.Coğrafiya və MBA təhsilim var. Amma bu haqda əvvəllər anlayışım belə yox idi.Sonra oturub ən incə detalına kimi araşdırdım. Həyat yoldaşım “özünə iş qurarsan ” deyəndə ağlıma ilk gələn bu idi.”Event planning”.Hərşey bir gecədə oldu. Amerikadan və Türkiyədən iki xanım,məni hələ saytımın vaxtından tanıyırdılar,onlar dekorları tapmağımda çox kömək oldular. O yaxşılıqları unutmaram.
-Hamı sənə kömək edib.Daha doğrusu o iş alınmalı idi ki,belə dəstəkçilərin tapıldı.
-Bir cümlə var,Kimyagər kitabında : Bir xəyal qurarsan və o xəyalın həyata keçməsi üçün bütün bəşəriyyət əlbir olar. Mənim hekayəm də belə oldu.
-Komandan kimlərdən ibarətdir ?
-Əsas çətin işləri iki sürücümüz görür. Çox ağır yük düşür onlara,çünki vaxtında yerində olmaq,gecikməmək əsas şərtdir.İki nəfər oğlan dekorun işçilik tərəfini edir və iki xanım var,qrafik dizayner və menecer.Biz onlarla artıq yaxın rəfiqə olmuşuq. Əhatəmdə sevdiyim adamları yığmışam.Ona görə də “iş görmüş yox,aşk görmüş” oluram 🙂 Amma söhbət işdən gedəndə tam ciddiyik.
-Əsl komandasınız.Mövzuları kim seçir tədbirlərdə ?
-Bəzi müştərilər konkret istəklə gəlir. Ancaq çox zaman biz təklif edirik.Hərdən müştəriyə 30-a yaxın eskiz göstəririk.O birincini seçir ( gülümsəyir )
-Bəs elə mövzu var mı ki, onu etməkdən bezmisən amma məcburən etməlisən .
-Yox mən pul qazanmaqdan çox işimdən zövq almaq istəyirəm. Banallaşan ,bütün dekor şirkətlərinin etdiklərinin eynisini etmək istəmirəm. Sağolsun müştərilərim,fikirlərimə çox hörmət edirlər,onları yönləndirən zaman razılaşırlar.Deyəsən bəxtimdən belə müştərilərim olur.Hətta bəzən mənim vaxtıma uyğun olaraq öz tədbirlərinin tarixini dəyişənlər olur.Bu mənim üçün çox sevindirici haldır.
-Mən təsəvvür etməzdim ki,sən özünü bu qədər yorarsan və ya bu qədər can qoyarsan.Bu işləri menecerlər idarə edə bilərdilər.
-Bilirsən necədir, iş özünündürsə özün də üstündə durmalısan.Səndən çox heç kim can yandıra bilməz. Mən öz işimin idarəçisi,fəhləsi olmaqda pis heçnə görmürəm.
-Aya Rzalı Ceremony. Bu Ceremony sözü çox gözəldir.
– Demək olar hərkəs dekor,events sözlərini istifadə edir.Mən fransız dilində təhsil almışam.Bu söz ilk ağlıma gələn söz oldu.Uzun uzadı toy,tədbir və s. açıqlamaları vermək əvəzinə,hamısını bir sözdə birləşdirdim. Seremoniya …
Son olaraq öz sözlərimi əlavə etmək istərdim.  Çalışqan xanım maddi durumu qənaətbəxş olsa belə kifayətlənmir. O öz üzərində işləyir,özünü inkişaf etdirir .Aya Rzalının uğuru komfort zonasınə tərk edə bilməsindədir.
Bu səmimi müsahibəni günlərə gözləyib məhz onun doğum günündə paylaşmaq istədim. Doğum günün mübarək,Aypara ! İzləyicilərim adından vaxtın və səmimiyyətin üçün təşəkkür edir,həyatında və işində uğurlar arzu edirəm!

2 Comments on “Müsahibə : Aya Rzalı .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *