Clinique Anti-Blemish Solutions məhsulları haqqında

4b13f14806994d94f51486a9b74a7462

Bugün danışacağım məhsulu uzun illər iqnor etmişəm. Həm ucuz olmamağı,həm keufiyyətinə şübhələrim üzündən #Clinique markasına çox da isinmirdim. 1 il əvvəl Türkiyədə olarkən modagram online mağazasında çox uyğun qiymətə tester dəsti gördüm. Clinique Anti-blemish solutions 30 lira ( 15 manat ) 3 ədəd 30 ml məhsul əla idi və yoxlamaq vaxtı gəlib çatmışdı ☺

ec4db64a77f80ada43048a4ba3e3f590

Qeyd etməliyəm ki,  çox yağlı, çox problemli dərim var. Keçid dövrümdən buyana həmişə sızanaqlardan əziyyət çəkmişəm. Kiçik bir hava dəyişikliyi belə dərimə əziyyət verib hər zaman.  Anti-blemish solutions təecümədə sızanaqlara qarşı həllər deməkdir. Axtardığım bu idi.

IMG_20160620_014701

Testerdəki üzyuma geli və losyonuna aşiq oldum.Nəmləndirici həmçinin . İlk növbədə təmizləməsi və uzun müddət quruluq vermədən mat saxlaması əladır !

Beləcə Bu seriyaya daha maraq göstərdim və yavaş yavaş Anti Blemish pərəstişkarı oldum. 2 ay öncə Sabina Mağazasından 35% endirimlə 27 manata (öz qiyməti 38 AZN )Təmizləmə köpüyü aldım ( Etap 1 )  . Köpüyün üstünlükləri : 1. Çox ekonomdur aylarla istifadə oluna bilər.2.Köpük yumuşaqdır yaxşı yayılır və gözlə göründüyü üçün dərinin həryerini əhatə etdiyindən əmin olursan.

IMG_20160627_213234

Deyə bilərsiniz ki, salfetlə yaxud, miseliar su ilə üzümüzü silmək bəs deyil? Məsaməleri dərin və çox olan dərilerə sahib xanımlara makiyajı silmək kifayət etmir. Hətta üzü yuduqdan skrabladıqdan sonra da,nə qədər təmiz silməyə calışsa da məsamələrə dolmuş makyaj qalıntıları sonra küləklə gələn tozla birləşib akneye,qara nöqtələrə çevrilir. :'(

Nədən bilmirəm amma bu Serianın üzyuma geli mənim üçün çox daha sevimli məhsuluma çevrilib. Makiyajlı ,yaxud ağır makiyaj etdiyim günlərdə üzümü gel ilə yuyub,fırlanan başlıqlı fırça ilə dərindən təmizləyirəm. Sonra isə losyon ilə silirəm. Gel demək olar ki köpüklə eyni həcmdədir və qiyməti də fərqlənmir. ( 39 AZN ) Ancaq təəssüf ki, gel çox tez bitir. Qabı tubik olduğu üçün açar açmaz böyük miqdarda çıxır bu da çox vaxt gərəyindən çox istifadəyə səbəb olur. 

IMG_20160706_183444

Bu seriyanın, nəmləndiricisi,xüsusi sabunu da var hansı ki, yuxarıda qeyd etdiyim missiyaya qulluq edirlər. Üzdən yağı yuyur, kiri yuyur, və səpkiləri müalicə edir.  Bəli müalicə edir çünki davamlı 2 ay istifadə etdikdən sonra 1 dənə də sızanaq qalmamışdı məndə. Qətiyyən qurutmur! Beləliklə hər axşam üzümü təmizləmək rutinimin olmazsa olmazından tam razıyam.IMG_20160723_235730

Clinique Cleaning Bar and Foam

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *