2017 Gün eynəkləri

Havalar isinib,günəş parladığı zaman əvəzsiz aksessuarımıza çevrilən gün eynəklərini necə seçirsiniz ? Sizin üçün moda tendensiyaları önəmlidir yoxsa klassika ?

Gün eynəkləri çeşidləri, geniş qiymət seçimləri ilə asanlıqla əldə ediləbilən aksessuardır. Nəzərə alsaq ki, gözlərimiz ən dəyərli sərvətimizdir, şəxsən mən çox ucuz eynəklərin tərəfdarı deyiləm. Yenə də bu şəxsi seçimdən asılıdır.

Bahalı eynək alarkən daha uzun müddət istifadə edə bilmək üçün hər zaman aktual klassikanı seçənlər az deyil. Amma ilin gözəl və çox göstərişli trendlərindən yan keçmək olmur.

2017-ci ildə yenə də “oversized” -yəni çox iri ölçülü eynəklər aktuallığını qoruyub saxlayır.Kataut, ( cut-out) ,kəpənək formalı, statement eynəklər,futuristik eynəklər,şəffaf plastik və ya rəngli plastik,sarı və günəş şüası tonlarındakı şüşələr ,həmçinin iri çərçivəsiz güzgülər,müxtəlif editlər olunmuş aviatorlar.

COLLECTION_EYEWEAR_CUT-OUT

Marni

COLLECTION_EYEWEAR_GHOST

Marni

46473501-Black-5b46ddae-

Marni

louis-vuitton-contact-sunglasses--Z0906U_PM2_Front view

LV

FOG331V1TF035M_02_MediumSize

Fendi

e5274e1cbe9082e7f81f8473f45918a7

Fendi Lei

002

Gucci

gucci-spring-summer-2017-collection-latest-wide-frames-e1483437325634

Gucci

8fdc899be7926dd13730b8114231b2fa

Elie Saab

Elie+Saab+Spring+2017+Backstage+-J1vYT-axJ8x

Elie Saab

Tanınmış brendlərin yeni kolleksiyaları ilə siz Bakıdakı Falez Optik ( mən buradan aldım ) , Optic Gallery mağazalarından əldə edə bilərsiniz.

Əlbəttə bu bahalı brendlərin yaratdığı trenddir. Eyni formaları orta və ekonom sinif markalarda da asanlıqla tapmaq olar. Xüsusən asos.com saytında həm asosun həm də digər brendlərin eynəklərini ,Bakıda isə chic.baku onlayn mağazasını məsləhət görərdim.

Capture

Bol günəşli günlər arzusu ilə ♥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *