Tarixin gedişatını dəyişən qadın.Coco Chanel. 

ab03620bd99cc7cda9188420747bf439

Kiçik qara paltar. Kostyumlar. Bütün zamanların ən gözəl və ən klass stilinin yaradıcısı Coco Chanel  (Gabrielle Bonheur Chanel) 19 Avqust 1883-cü ildə Fransada doğulub. Bioqrafiyasına baxanda bir qadının necə bu qədər güclü və əzmkar ola biləcəyinə heyrət etməmək mümkün deyil.

Anasını itirdikdən sonra atası tərəfindən uşaq evinə verilən Gabrielle , tikiş işini orada öyrənir.Görəsən xəbəri vardı mı ki,bu məharət onun bütün həyatının axarını təyin edəcəkdi.Coco ləqəbi isə qəribədir ki,modaya aid deyil. Gabrielle modadan əvvəl çox qısa müddət özünü müğənni kimi sınamışdı.Bu onun səhnə ləqəbi idi.

20-li yaşlarında, Chanel Etienne Balsanla birlikdə işləməyə başladı.O ,Cocoya Parisdə öz biznesinə başlamaq üçün kömək təklif edən ilk şəxs idi.Amma Coco onu tezliklə varlı dostlarından biri Arthur “Boy” Capel üçün tərk etdi.Hər iki kişi də Chanelin modaya ilk addımlarını atmaq üçün cəsarət verici qüvvəyə çevrildi.

1910-cü ildə Parisdə açdığı mağazada şlyapaların satışına başlasa da,tezliklə yaratdığı geyimləri də satışa çıxartdı.1920-cə isə ilk Parfumu Chanel No. 5 -i təqdim etdi.O parfuma hərşeydən çox önəm verirdi. Qadının ətri onun gəldiyini xatırlatmalı,gedişini isə uzun müddət unutdurmamalı idi.

e4e3297f0207b4a35c8e30f3ee1d4f68

İllər keçdikçə Chanel öz uğurlarından yorulmurdu və 1925-ci ilə o, əfsanəvi kostyumunu yaratdı. Bu yaxalığı olmayan pencək və əyində əla oturan ətəkdən ibarət idi.Chanel qadınları korsetlərdən,iplərdən,ağır geyimlərdən xilas etdi. O deyirdi ki, lüks geyim komfortlu olmalıdır.Əks halda o lüks deyil.

Chanelin ən yaxın dostları sırasında Pablo Picasso kimi dahi rəssam vardı. Özü isə bir müddər bəstəkar Igor Stravinsky ilə görüşürdü.Amma heç zaman ailə qurmadı.Onun ən böyük qorxusu kişiyə yük olmaq,kişidən asılı olmaq idi (Əsl şir xanımı )

30-cu illərin sonu onun üçün uğursuzluqlar ilə gəldi. Dünya müharibəsinin başlanması ilə iqtisadi böhrana uğrayan Chanel markası, mağazalarını bağlamağa məcbur oldu.Coco Chanel çox çətinliklərdən,təqib və həbslərdən keçib. Amma bütün həyatını, dünyanın ən lüks brendini yaratmağa həsr edib.

Coco Chanel haqqında filmlər :

Chanel haqqında ilk film Chanel Solitaire (1981) olmuşdur. Coco Chanel filmində isə (2008) 70 yaşlı Chanel obrazını Shirley MacLaine canlandırmışdı. 

Keçən illərdə çox diqqət çəkən Coco avant Chanel (Coco Before Chanel) (2009) fransız dilində çəkildi və bioqrafik tv filmi idi. 

Coco Chanel & Igor Stravinsky (2009) eyni adlı roman əsasında frabsızca çəkilmişdi.

Bu gün Chanel , əvəzsiz,müqayisəsiz bir brenddir. Coco Chanel dahi dizayner olmaqla yanaşı, bu gün də qadınlara motivasiya verəcək qanunlara sahib idi .

Ayaqqabının dabanı,başını və standartlarını yüksək tut.

Digərləri kimi olma.

Həyatım məni qane etmirdi,buna görə özümə yeni bir həyat yaratdım.

Sadəlik, eleqantlığın açarıdır.

Parfum istifadə etməyən qadının gələcəyi ola bilməz.

Klass qadın,hərşeyi olsa da bunu göstərməyə can atmayandır.

 

 

 

 

 

 

 

0 Comments on “Tarixin gedişatını dəyişən qadın.Coco Chanel. 

  1. Pervane xanim məlumatlari oxudum cox gözəl şəkildə yazmisiniz.bir xahişim var sizdən bundan belə nə dəb gözlənilir ,hansi tərz .interiyer ilə bağlı çox istəyərdim bu hakda ətrafli və işə yarayacaq məlumatlar paylaşasiniz.mənim yeni evimdə təmir getdiyi üçün buna ehtiyacim var

Leave a Reply

Your email address will not be published. Required fields are marked *