Səyahət. Kuşadası 1.hissə

DSC_0366

Selçuk,Pamucak sahilləri

Səyahəti sevməyən adam yoxdur yəqin ki. Ümumiyyətlə hara getməyindən asılı olmayaraq, gündəlik mühitindən uzaqlaşmaq və rutindən qaçmaq səyahətin əsas məqsədi olmalıdır. Deyirlər ki, heçvaxt səyahətdən getdiyin adam kimi qayıtmırsan. Çünki getdiyin hər bir yol,özünü tapmaq üçün atdığın bir addımdır.

Mən özümü traveller, yəni səyyah adlandıra bilmərəm. Amma ölkəmizdə səyyahlar çoxaldıqca,xüsusən bu insanlar getdiyi yerlərdən maraqlı paylaşımlar etdikcə çox sevinirəm. Beləliklə yeni məlumat əldə etmiş oluram ki, bundan daha çox zövq aldığım heçnə yoxdur həyatda.

5 il öncə gedib çox sevdiyim və sonra hər il ilk dəfəki həyəcanla getdiyim ,altını üstünü bildiyim Kuşadası haqqında yazmaq istəyirəm. Məsələ burasındadır ki,hər il fərqli planlar qursam da, yenə də eyni yerə gedirəm. Deyirlər,Ege dənizi belədir.SƏn onu bir dəfə görüb sevirsən,sonra onsuz yaşaya bilmirsən.

DSC_0366

Kuşadası Ege dənizi sahilində,qədim yunanların etnik mədəniyyətinin zirvəyə çatdığı torpaqlarda yerləşir. Adına baxmayın,bura ada deyil 🙂 Daha çox körfəz demək olar. Kuşadası,Türkiyənin İzmir şəhərinə bağlı Aydın əyalətində yerləşir. Bir neçə böyük rayondan ibarətdir. Dağı,meşəsi və tərtəmiz dənizi var.

DSC_0262

Kuşadasında 10-dan çox oteldə qaldığım üçün , sırf otellər haqqında fikirlərimi növbəti postda bölüşəcəyəm. Amma Kuşadasına getmisinizsə mütləq görməli olduğunuz yerlər var :

  1. Efes Antik Şəhəri,Açıq hava muzeyi (İndiki adı Selçuk). 8000 yaşı olan şəhəri görməmək günah olardı. Efesə getmək üçün Kuşadasından 20 dəqiqə yola vaxt sərf etməlisiniz. Adətən bütün otellərdən, və Kuşadasının mərkəzindən Efes və Meryem Ana turu adlı turlar təşkil olunur.

IMG_6180IMG_6122IMG_6112

IMG_6082

Harda olursam olum,pişik gördümsə gedib sevməliyəm 🙂

2. Efes antik şəhərini gəzmək üçün 30 dəqiqə bəs edir. Sonra yaxınlıqda yerləşən Məryəm Ana evinə yollanırsınız. Rəvayətə görə İsa peyğəmbər edam edildikdən sonra onun tərəfdarları Məryəm Anamızı Efes yaxınlğında dağın başında kiçik bir evdə gizlədiblər.İllər keçsə də dinindən aslı olmayaraq milyonlarla turist buraya gəlir. Mən də o hissi yaşamışam. <3

Burada parça bağlayıb arzu tutmuşdum.Diləyim də bir ay sonra gerçək oldu :)))

DSC00204chp-li-belediie-meriem-ana-heikeli-dikecekİzmir-Selçuk-Meryem-Ana-Evi

IMG_6053.JPG3. Kuşadasının mərkəzinə mütləq gedin. Mərkəzdə Grand Bazar, üzbəüzdə isə liman var.Kuşasadası Marinası həddən artıq spesifikdi. Dənizin,gəmilərin ,balıqların ətri bir birinə qarışıb. Burada azı 3 saat gəzib əylənmək olar.Təbii ki , hədiyyələr almaq <3

34_bigkusadasi-33-1428486614bazaar

Postun ikinci hissəsini qaçırtmayın. Çünki Kuşadasındakı ən yaxşı otellərin siyahısını hazırlayıram.Şəxsən öz araşdırmamdır 🙂 İzləməyə davam edin.

Xoş gün arzusu ilə,

Parvana <3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *