Tünd göy (Navy ) pencəyi necə kombinləməli

5aa50767bff51c2f3e4279f2d51e7ae1

Keçən gün @mango da tünd göy rəngli pencək seçdim. Klassik kəsim deyil, biraz uzun, bir düyməli . Cinslə əla yaraşdı. Amma Ağ t-shirt, cins və pencək məncə klişeyə çevrilmək üzrədir hələ də çox bəyənsəm də.

Bu pencəyi başqa necə dəyərləndirərəm deyə düşündüm və instagram izləyicilərimin də fikirlərini aldıqdan sonra bu postu yazmağa başladım 🙂 Və araşdırma edərkən fikir verdim ki, tünd göy pencək çox multi funksional imiş.Onunla həm ofisdə tərz görsənmək olar, həm də bir sport ayaqqabı vasitəsi ilə həftəsonu şıklığına sahib olmaq. 

Rəylərdə ən çox üstünlük verilən kombin : Pencək+dənizçi T-shirt,cins və balet ayaqqabıları. Bu ən sevdiyim Paris küçə tərzidir. Sadə,şık və rahat.Dənizçi xətli t-shirt yaz aylarında asos.com saytından almışdım. Mütləq bu fotolardakına bənzər kombinimi sizinlə paylaşacağam. 

3c659ef585ab2031bb661bd8b521bafc4e9232b3799c37275637213ba4bef5e63c659ef585ab2031bb661bd8b521bafc6c3f917c5b772693cfef0302f67feb0c41c4382f8841c42e2031387251befc70

929dca1e40475e17c8713b7973e835dc

Kate Middleton,Duchess of Cambrige

Rəylərdə “Qırmızı detal əlavə edərdim” deyilmişdi.Məncə də ən gözəl yaraşan bu kombinə sarı və ya qırmızıdır.

05488a0f73cb0d45af2e36971d72091c

Həmçinin bəyəndiyim digər versiyaları da slayd şouda təqdim etmək istərdim.Mənim diqqətimi çəkən isə boz rənglə kombinlənmiş outfitlər oldu.

This slideshow requires JavaScript.

Sonda isə qeyd edim ki, boyfriend tərz şaquli xətli kətan köynəkləri çox sevirəm. #RalphLauren heyranı kimi, mütləq aşağıdakı kimi bir kombini yoxlamalıyam. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *