Tarixi üst geyimi. Cape paltoları

 

Günümüzdə istifadə etdiyimiz geyimlərin çoxunun tarixi son 20-30 ilə gedir çıxır. Amma bəzi geyim parçaları vardır ki,əsrlər öncə də geyilir və tələb görürdü.

Düzdür,bir zamanlar xüsusi zümrəyə,insan təbəqəsinə məxsus olan geyimlər bugün müassir modada hərkəsə açıq təqdim olunur.Məsələn : qladiator sandalları.

Cape [ keyp ] paltoları ( yaxud bunlara ” Scarlett cloak ” da deyilir ) orta əsrlərdən bugünə aktuallığını itirməyən geyim parçalarından biridir. Cape paltoları, bədənə tam oturmayan hətta tamamilə boş A şəkilli kəsimli ,boyundan bağlanan üst geyimidir. Adətən başa keçirilən kapuşonu olur.Lakin standart kapuşondan fərqlidir daha böyük və boyuna doğru bir neçə qat yayılır.

red

Orta əsrlərdə Avropada həm kişilər,həm qadınlar tərəfindən üst geyiminin üstündən isti saxlasın deyə geyilən və çox zaman məxmər parçadan tikilən keyp paltoların fərqli növləri vardı. Katolik kilsəsəsi kardinallarının geyindikləri adətən qırmızı məxmərdən ,ipəkdən və daha göstərişli idi. Əgər siz tarix filmlərinə baxmısınızsa mütləq bunlarla rastlaşmısınız.

Bundan başqa məxmər keyplər çox vaxt nağıl qəhrəmanları,pəri nağılları ilə assosasiya oluna bilər.

il_fullxfull-767143258_2oyf

s-l1600%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f

Əsrlər boyu ən çox geyilən üst geyimi keyp paltoları son illərdə tanınmış brendlərin ilham mənbəyinə çevirilib.Düzdür,orijinalından fərqli olaraq bu geyimlər qısadır, praktikdir və modern görsənir.Müassir modada cape paltoya hərbi görkəm verilib.Əksəriyyəti ikili düyməlidir. Başqa bir fərq ondan ibarətdir ki,müassir keyplərin qısa qolları var. Bu da yenə komfort məsələsidir. Amma bir çox marka məsələn MANGO, qol əvəzinə qol üçün asan yarıqlara üstünlük verir.

1ae5ca09d25f882e8fb7bfec6d7e8e4aae656e733c986319b659bc9d7c22b234b969dda2b23e4fb56e2c8f98bca5757e

69f0fcf32c5179741d91afb50c154b07

a23159172c52bce324474942984f830f

Rick Owens Fall 2016 Ready-to-Wear Fashion Show

1862

1862-ci il Noyabr/ Paris Modası jurnalından sketç

Bu il luks brendlərdən öncül olan Burberry, möhtəşəm və ikonik hərbi stildə palto təqdim edib.Sizin yolunuz Port Baku Malldan düşürsə,mütləq onu görmüsünüz.Burberry dizaynerləri, həmin hərbi paltonu sadə təqdim etmədi, bel və ciyi hissəsinə keyp əlavə etdi və bununla da öz fərqini göstərmiş oldu.

Fərqli zamanlarda fərqli yerlərdə istifadəsindən asılı olaraq keyplər müxtəlif stillərdə ola bilər. Qara və uzun olan keyplər vamp və qotik kinolarda,foto layihələrdə mütləq istifadə olunur. Sİz bu tərzdə geyinməyi sevirsinizsə,sadə qara keyp ilə dəri yaxud güpürlü geyimləri birləşdirin.Bu sizi həmən qotik kraliça obrazına çevirər.

584bb2bda57fd2c9376d73056ed7f194

Mən özüm cape-ləri çox sevirəm və məxmər olanlarına üstünlük verirəm.

3 Comments on “Tarixi üst geyimi. Cape paltoları

  1. Cox beyendim… Sevirem deble bagli bilmediklerimi oxuyub oyrenmeyi.. Ellerinize saqliq🌼🌹👸

Leave a Reply

Your email address will not be published. Required fields are marked *