Modada “futuristik” cərəyanı

Moda köhnəlməyə meylli bir sənayedir.Belə bir keçici effektə sahib olduğu üçün durmadan gələcəyə meyl edilir. Bu səbədən keçmişdən bəri dizaynerlər “Sabahın dizaynı”nı yaratmaq missiyasını özlərinə təyin ediblər. Amma qəribə bir şey var ki, gələcəyə meyl edilən moda aləmində keçmişə qayıdış baş verir və qəribə bir zəncir yaranır.

7913bba8164453dd5ee2133be2840c3a

Future-ingilis dilindən tərcümədə “gələcək” deməkdir. Gələcəyin stili nə idi ? İtalyan dizaynerləri qara rəngdən bezib fərqli, daha urban ( şəhərli) daha modern birşeylər arzusunda idilər.

future-2

Əslində əvvəl bu cərəyan avanqard əhəmiyyət daşımırdı.Filmlər,kliplər,sərhədsiz fantaziyalar sayəsində minimalist futuristika avanqarda çevrildi. “Gələcəyə dönüş” ,”Ulduz savaşları” filmləri moda dünyasını bu cərəyana həvəsləndirən əsas filmlər idi.

Mənim ağlıma futuristik deyəndə,2000-ci il gəlir. Umumiyyətlə 1999-dan 2000-ə keçən il dünya tarixində çox önəmli idi. Millenium yaşanırdı. Era,il,yüzillik dəyişirdi və insanlar hiss edirdi ki, kosmos erası bitir və texnologiyanın zirvələrə qalxdığı illər başlanırdı. Artıq xəyal dünyamızdakı hərşey real ola bilərdi.Mobil rabitə,internet bunlara təkan verəcəkdi.

Amma gözləntilər çox idi.Həddən çox,dizaynerlər də sanki 2000-ci ilə inqilab ili kimi baxmağa başalmışdı.Və bu inqilaba özləri imza atdı.

Nədənsə,gələcəyi təsəvvür edəndə, filmlərdə ağ ,qara,gümüşü rənglər üstünlük təşkil edir. Metal,gel,parlaq və minimalist.Hərdən isə avanqard və qorxunc.Amma bu dizaynerlərin fantaziyasıdır və biz onu mühakimə edə bilmərik.

Gümüşü saçlar,gümüşü dırnaqlar,metalı xatırladan geyimlər. İllər keçir ama yenə də bu tərzə rast gəlirik. Mən aksessuarlarda gümüşü rəngi sevirəm.Ayaqqabı və çantada xüsusən.

Və həm vintaj həm də gələcəyin ruhunu daşıyan geyimləri seçirəm.Məsələn qədim oksford ayaqqabı tərzi amma gümüşü rəng.İndi Bakıda mağazada bu cür hibridlər istənilən qədərdir.

a20561e19ea5458e127e8a4e9263988e2e4073b2e63707dfcabcac3f703d7d1044e7d148380a1046deefc39bc928d277d9b815b54cbe6c6c55ba457be471489ed24669daecd2ba266dd43c0dec0fa33a052083c6b15e748706ede38d4f27e9fcc61c0ea791d594c822f5b84213fa219071ed8843e0ce6bb146a4969d25495d16

0 Comments on “Modada “futuristik” cərəyanı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *