Sizi “fərqli” edəcək 10 xobbi

Salam əziz oxuyucularım. Yaz ayları gələndə mən istər istəməz yeni maraqlar,yeni məşğuliyyətlər həvəsinə düşürəm.
İnsan nə qədər geniş maraq dairəsinə malik olarsa, kənardan bir o qədər diqqət cəlb edir. Bu gün sizə ,ətrafdakılara fərqli təsir bağışlayacaq məşğuliyyətlərdən danışacağam. Bizə heç də yad olmayan söz, Hobbi – insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyəti. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır.

Bəzi hobbilər insandan sadəcə xüsusi qabilliyyət tələb etsə də,bir çoxlarına maddi vəsait lazım olur. Hətta elə lüks məşğuliyyət növləri var ki, onlarla yalnız milyonçular maraqlana bilər.
Öz zövqümcə seçdiyim 10 maraqlı hobbi ilə tanış olun.
1.Əl işi bəzək əşyaları hazırlanması.
Bu istər ev dekoru,istərsə də bijuteriya ola bilər. Ətrafımda onlarla bu hobbisindən pul qazanan xanımlar var. İstənilən əl işi həmişə yüksək qiymətləndirilir.Bu tip məşğuliyyətlər meditasiya xarakteri daşıyır və insanın yaradıcı zəkasını inkişaf etdirir.  Quilling,ilmə, toxuculuq,yastıq və s dekorların dizaynı,kitab əlfəcinləri,qolbaq və digər bəzək əşyaları dizaynı və s.

This slideshow requires JavaScript.

2. Sağlam həyat tərzi ilə əlaqədar məşğuliyyətlər.
Bu hobbilərə yoga,meditasiyalar, xüsusi ustad dərslərinə qatılmaq,idman zalları,sağlam qidalanmaq haqqında məlumatlar toplamaq və tətbiq etmək aiddir. Bu fəaliyyətləri olan insanlar hər zaman cəmiyyətdə öz sağlam və pozitiv görünüşləri ilə seçilirlər. Healthier-life.jpg
3. Aşpazlıq və yemək dekorasiyası.
İnstagramda food bloggerlər  yedikləri yeməklərin kreativ fotolarını paylaşdıqca, çoxlarında eyni həvəs yaranır. Niyə də yox? Yeməkləri servis etməzdən qabaq, bütün restoranlarda ona gözəl görkəm verirlər. Bu zövq verici işlə siz də məşğul ola bilərsiniz. Maraqlı yemək reseptləri bilən insanlar mütləq çoxsaylı izləyici kütləsi toplayırlar.
1200
 4. Kolleksionerlik. Antik və müassir əşya toplamaq.
Yəqin ki,20-ci əsrdə az da olsa yaşamış hərkəs bilir ki,Sovet dövründə “marka” toplamaq sanki milli hobbi idi. İnternet dövründən öncə məktublaşmanın hələ aktual olduğu vaxtlarda poçt markaları çox əhəmiyyət daşıyırdı. Dövlət rəsmi günlərin,önəmli tarix və şəxsiyyətlərin şərəfinə markalar çıxarılırdı. Sonralar antik əşya toplamaq imkanlı şəxslərin sevimli məşğuliyyəti oldu. Dünyada yüzminlərlə əşya kolleksionerləri var. Mən illərlə aldığım geyimlərin yarlıqlarını ( etiket) toplayırdım. Kosmetik məhsullar,aksessuarlar, dünyanın həryerindən içkilər və s. toplayan şəxlər isə mənim favoritlərimdir. Həmçinin, qədim val,vinilləri toplayan insanların həmişə çox qeyri-adi olduqlarına inanmışam.
971341_marka-kolleksiyasistamp-collection-124258record3.0
5. Səyyahlıq. Hiking.
Dünyanı gəzməyi kim istəməz ? Gözəl şəhərlər,yeni məkanlar kəşf etmək hamıya maraqlı ola bilər. Əlbəttə bir çoxları maddi durumları imkan verir ki, onlarla şəhəri gəzsinlər. Amma indi dünyada gənclər Hiking- yəni piyada turizmi ilə məşğuldurlar. Bu səyyahlığın ən ekonomik növüdür. Təyyarə biletləri,bahalı maşın kirayələrinə pul ödəmədən də bir çox ölkələri gəzmək mümkündür. Düzdür, onlar bütün yolları piyada getmirlər, çox vaxt avtostop edirlər ( hitchhiking ) . Ucuz otel yaxud hostellər,yaxud təsadüfən qapısını döydükləri evlərdə   isə gecələyirlər. Müassir zamanın dərvişləri həqiqətən çox maraqlı şəxsiyyətlər olur və onlarda yol hekayələri heç bitmir.
İzlədiyim səyyahların instagram səhifələri : https://www.instagram.com/travellelik/ , https://www.instagram.com/renaosman/  https://www.instagram.com/zeynab_traveller/   https://www.instagram.com/sillytravellers/  https://www.instagram.com/expertvagabond/
11.07.27-mjs_ft_hitch-hiking_26633392
6. Könüllülük.
Bu xobbi, insanlara , cəmiyyətə xidmət edib qarşılığında heç bir maddi maraq güdməyənlər üçündür. Daha öncə dəfələrlə könüllü olduğum üçün deyə bilərəm ki, bu gəncliyinizin ən maraqlı günləri kimi yadınızda qalacaq. Ölkəmizdə həm iri həm də kiçikmiqyaslı tədbirlər daim keçirilir. Siz boş vaxtlarınızda bu tip fəaliyyətlərə dəstək olub,özünüzə həm təcrübə həm də yeni dostlar qazanın.
BuradaBakıdakı könüllü iş elanlarına baxa bilərsiniz.  Azərbaycan Könüllülər Cəmiyyəti üçün isə buraya klikləyin.
7. Bloggerlik.
Təəssüf ki, son zamanlar bu gözəl xobbi ölkəmizdə çox ucuzlaşıb. Öncə, bloggerliyin nə olduğunu bilək. Blog-bir və ya bir neçə yazıçının öz təcrübə və düşüncələrini paylaşdığı online platformadır. Son illər ən çox moda və səyahət blogları məşhurlaşsa da, çox daha maraqlı və bol məlumatlı bloglar mövcuddur. Əgər sizin yazıçılıq qabiliyyətiniz varsa, və düşüncələrinizi dünya ilə paylaşmaq istəyirsinizsə o zaman bloggerliyə başlaya bilərsiniz.  Bu zaman sizə lazım olacaq ən önəmli şey ,maraqlı özünəməxsus bir tərz tapmaq olacaq.
Coffee
8. Şərablar və pendirlər.
Bəli, hər zaman üçün elit sayılan mövzu, şərablar və pendirlər. Bir birinə yaraşan bu içki və qida haqqında o qədər çox məlumat var ki, onları yemək bölməsinə əlavə etmək mümkün olmadı. Şəxsən mən, yemək mövzusunu qətiyyən sevmirəm, amma şərablar və pendirlər mənim zəif nöqtəmdir. Saatlarla onların hazırlanması, növləri, fərqləri barədə məlumatları izləyə yaxud oxuya bilərəm. Yüksək cəmiyyətdə və ya dostlar arasında olmağınızdan asılı olmayaraq içilən şərab və ya masadakı pendir növləri haqqında maraqlı məlumat verən biri, mütləqdir ki , qrupun favoritinə çevriləcək. Bu xobbinin sahibləri tez tez pendir,ət assortilərlə şərab testləri edir və dostlarını dəvət edirlər. Qeyd edim ki, şəhərimizdə son illər şərab dequstasiyası çox məşhur bir əyləncəyə çevrilib. Bu işdə yenisinizsə, pinterest.com saytında yüzlərlə mənbədən yararlana bilərsiniz.
wine-tasting-party10-partyguide-cheese-meat-board-appetizer-630cheese-platter-honestlyyum-1-20170315135859-q75,dx800y-u1r1g0,c--
9.  Aromaterapiya. SPA .
Son dərəcə lüks və qeyri adi maraqlardan biri də aromaterapiyadır. Bu müalicə növü təbii efir yağları ətirləri ilə müxtəlif problemləri aradan qaldırmağa əsaslanır. Aromaterapiya ,SPA mərkəzlərində ən çox tələb olunan sahədir. Şəhərimizdə bu barədə kurslar təşkil olunmağa başlayır,düzdür hələ ki,ancaq xaricilər tərəfdən təşəbbüsləri qeyd edə bilərəm. Efir yağlarının gücünü bilsəniz həm özünüzə həm də yaxınlarınıza xoş təsüratlar yaradacaq seanslar keçirin. Aromaterapiya haqqında məlumatları bu saytdan  həmçinin Youtube portalından əldə edə bilərsiniz.
323211
10. Bağçılıq və bitkilərə qulluq.
Çoxlarımız gülləri və bitkiləri sevirik. Ancaq onlara qulluq etmək çox bilik və bacarıq tələb edir. Nəticədə bir canlı olan bitkiyə düzgün davranmaq,onu yaşatmaq asan iş deyil. Heçkəsə sirr deyil ki, torpaqla,bitkilərlə vaxt keçirən insanlar stressdən uzaq və xoş auralı olurlar. Əlbəttə, bizim bağlı olduğumuz ana təbiətin ən gözəl hədiyyəsi elə bitkilərdir. Evində dibçək gülü yetişdirməkdən,böyük bir bağa qulluğa qədər bu xobbi davam edə bilər. Son illər az yer tutan terrairumlar çox dəbdədir və bir çoxunun hobbisinə çevrilmişdir.
İnformasiya dövründə bitkilərə qulluq barədə məlumatları əldə etmək çox asandır. Unutmayaq ki, bitkilər də bütün canlılar kimi sevgiylə bəslənirlər. Düzgün qulluqdan başqa bol bol qayğı və sevgi onları gözəlləşdirər.
gardening-in-qatar-transplantingWebbackground3

4 Comments on “Sizi “fərqli” edəcək 10 xobbi

  1. Cox maraqliydi menim ucun. Men ozum kollekcionerem. Elime ne kecse yigiram. Uni.de oxudugum dovrde geyim etiketleri yigirdim. Etrafimdakilar buna qeribe yanasirdilar. 19-20 yaslarindaydim. O qeder dediler ki axirda ozume de qeribe geldi ve bir gun hamisini atdim. Sizin postunuzu oxuduqdan sonra ureklendim☺Hal-hazirda alisqan ve dilimizde adini bilmediyim brelok kolleksiyam var.

  2. Parvana o qeder rahat yazirsan hem iz dilimizi selis bildiyine goredi ya ne. Axirki. Meditasiyamin bir novu yazilarini oxumaqdir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *