Qısa zamanda məşhurlaşan 4 yerli moda brendi

Əziz oxucularım, blogdan sayta köçmək, bir evdən başqa evə köçməyə bənzəyirmiş. Mən də sevdiyim “postlarımı” “yeni ev”imə daşıyırdım bir müddətdir. Bilməyinizi istərdim ki, burada hələ çox yeniliklər görəcəksiniz. Məqsədim hərgün ən az bir dəfə açılıb səhifələnən elektron jurnal olmaqdır. Buna çox inanıram.

Nəhayət saytımın ilk məqaləsini yazmağa vaxt tapdım. Bu mövzuya məni ilhamlandıran isə təsadüfən qarşılaşdığım bir cümlə oldu. Bu haqda daha sonra.

İndi isə Azərbaycanda yerli brendini formalaşdıran və əminəm ki,çox çətinlik görməsinə baxmayaraq öz uğuruna inanan xanımların layihələri ilə tanış olun . Əgər burada öz işlərinizi görürsünüzsə, qızlar, mən sizinlə fəxr edirəm.

Donlar Baku 

Günay Rəsulova : “Donlar Baku” demək olar ki, fəaliyyətə maliyyəsiz başlayıb. Əlimdə olan 100 manatdan aşağı məbləğlə parça alıb birinci donları tikdirdim. İndi isə “Donlar Baku” ancaq sifarişlərdən gələn vəsaitlə maliyyələşdirilir. (c) Bizplus.az Müsahibəni buradan oxuyun

From Oliviah

Ülviyyə Ağabəylidən toxuma işləri standart aksessuarlardan çox fərqlənir. Qış sezonundaa şarf və papaqları ilə bizi isidirdi, yazda isə əla sürpriz təqdim etdi. Öz dizaynı olan rəngarəng toxunma çantaları istınilən yaz-yay obrazına yaraşacaq. From Oliviah Instagram

Yukhulu Pajamas 

 Yuxulu –  Azərbaycanda ilk yerli pijama brendidir. Mən hərşeydən əvvəl bu ada heyran olmuşdum. Bir brend adı ancaq bu qədər uğurlu düşünülə bilərdi. Nigar xanımı bu barədə təbrik etmək lazımdır. O ki qaldı mallara, bunu sadəcə öz gözlərinizlə görməlisiniz . Son zamanlar tez-tez rast gəldiyim slogan isə belədir : Artıq mən də “yuxulu” oldum.

Naveen 

Növbəti gözəl ad -Naveen. Nəzrin öz tərzi ilə çox seçilən ,çalışqanlığına və enerjisinə heyran olduğum gənc qızdır. Onunla ilk söhbətdən o pozitivi,entuziazmını hiss edirsən. Naveenin bir brend kimi yaranması çox düzgün atılmış addımlar sayəsində oldu, son dərəcə asan amma funksional web-site,operativ müştəri xidməti .Hər bir kolleksiyada eyni vaxtda həm vintaj,həm də yeni trendlərin tandemini görürük. Dəfələrlə onu Zara ilə səhv salmaqları buna sübutdur məncə. O dərəcədə düzgün işçilik var geyimlərdə. Yeni kolleksiyanı görməmisinizsə sayta buradan keçə bilərsiniz.

Bu postu yazmazdan əvvəl apardığım araşdırmada siyahımda 15-dən çox dizayner vardı. Hər biri öz sahəsində unikal olan 15 layihə. Növbəti postda onlardan danışacağam. Yazımın əvvəlində qeyd etdiyim ,məni günlərlə düşündürən cümləni sizinlə paylaşmaq istəyirəm.

               

                “Kiçik biznesi dəstəkləyəndə,əslində bir XƏYALI dəstəkləmiş olursan.” 

6 Comments on “Qısa zamanda məşhurlaşan 4 yerli moda brendi

  1. Sənin məqalələrin hər zaman favoritimdi.Yenə çox bəyəndim.
    Ülviyyənin (From Oliviah) incəliyi,səmimiyyəti nəyə desən dəyər.

    • My oliviah adashim ve yaxinim heqiqeten yaxinim saydiqlarinin en gozel numunesi ele ozunsen 💋

  2. Destek basqa senin desteyin bir basqa mesele bundan bashi chixan birinin senin ishlerin haqda fikirleridirse bunu en gozel sen edirsen loveu😘

  3. Çox sağ olun! Çox gözel hissler yaşadım sayenizde💖 Blogunuza uğurlar arzu edirem!

  4. InshaAllah yaxin zamanlarda yerli brendler sitasinde bizimde adimiz olar. Postunuza heyran qaldim yazan eller var olsun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *