Həftəsonu və mən

Əgər siz həftənin azı 5 günü işləyir və yaşadığınız şəhərin bütün tədbirlərindən uzaq düşürsünüzsə,həftəsonunu ən çox siz gözləyirsiniz. Xüsusən yay ayları yaxınlaşanda mən Bakıdakı bütün tədbirlərə qatılmaq,daha çox kəşf etmək daha çox gəzmək istəyirəm.

Nəzərə alsaq ki,son zamanlar Bakımız tədbir və əyləncə baxımından heç də dünya şəhərlərindən geri qalmır,baş verənlərin hamısına yetişmək mümkün olmur. Yenə də insan istəsə istirahət gününü maraqlı keçirə bilər.

Həftəsonumun ən dadlı hissəsi Cümə günü başlanan Baku Street Food Festival oldu. Bakıda ilk dəfə keçirilən və 3 gün davam edən yemək festivalı birinci dəfə üçün heç də pis sayılmazdı. Dadlı yeməklər, musiqi,əyləncə 3 tam gün davam etdi. 

Şənbə günü havanın əlverişsiz olması bəzi planlarımı pozsa da, bir neçə saat tapıb Heydər Əliyev Mərkəzi və Gənc Tamaşaçılar teatrına gedə bildim.Hər ikisində dəfələrlə olduğum üçün çox gəzmədim,amma gözəl fotolar olmadan da geri dönmədim. Ümumiyyətlə, Heydər Əliyev Mərkəzi  mərhum Zaha Hadidin ən möhtəşəm əsəri və mənə görə Bakıdakı ən gözəl binalardan biridir.Müassir bir nağılı xatırladır mənə ağ dalğaları.

Əlbəttə məşhur “Mən Bakını Sevirəm” installasiyasından yan keçməmişəm.(Hərçənd xeyli turist növbəsi gözləməli oldum)

Gənc Tamaşaçılar Teatrı mənim xatirəmdə məktəb illərimi keçirdiyim sevimli tamaşalarla assosiasiya olunur . Buradan keçmək,afişasına baxmaq ya da sadəcə sevimli mozaikanın önündə foto çəkdirmək həmişə xoşdur.

Instagramı izləyənlər artıq bilir ki, 18-20 May tarixləri arası Muzeylər Günü Bakıda layiqincə qeyd edildi,muzeylər pulsuz fəaliyyət göstərdi. Mənə çoxsaylı təşəkkür mesajları gəlir bu barədə məlumat verdiyim üçün,izləyicilərim gedib muzeyləri gəziblər. Çox xoşdur mənim tövsiyyəmlə milli-mənəvi dəyərlərimizi bir daha xatırlamağınız ,özümü mədəniyyətimizə az da olsa xidmət etmiş kimi hiss etdim.

Bazar günü Azərbaycan Xalça Muzeyində oldum. Keçmiş və gələcək, antik və modern,dünən və bugün necə uzlaşa bilər ? Bu muzeydə suala cavab tapacaqsınız. Mədəni irsimiz olan dünyada tayı bərabəri olmayan yüzlərlə xalça mükəmməl düzülüşlə burada nümayiş olunub. Üç mərtəbədən ibarət bina içəri atdığınız ilk addımdan sizi başqa bir aləmə çəkir.

Məlumat : (Rəsmi sayt burada )

Azərbaycan Xalça Muzeyi (1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993 – 2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi adlanmışdır) 1967-ci ildə yaradılmışdır. Yarandığı  dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzey idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur.

Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, Azərbaycan xalçaçılıq elminin banisi, rəssam və müəllim, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimov olmuşdur.

Bu gözəl ,dolu-dolu keçən həftəsonumu ən sevdiyim məkanla tamamladım. Demək olar hər bazar getdiyim və özümü ən özəl hiss etdiyim  Causal Brasserie bugünə qədər bir dəfə olsun məni məyus etməyib.

Bu həftəlik bu qədər 🙂 Növbəti həftəsonu nələr olacaq mütləq yazacağam.

2 Comments on “Həftəsonu və mən

  1. Siz istenilen sahede çox faydali mekumatlar verirsiz,minnetdaram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *